İllərə sığacaq fəaliyyəti 100 günə gerçəkləşdirən Lider

 

 

Azərbaycan Konstitusiyasının 8-ci maddəsinə əsasən, Prezident xalqın vahidliyini təcəssüm etdirir dövlətçiliyin varisliyini təmin edir. Sovet Azərbaycanında Heydər Əliyevdən sonra, müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbər dövlətçiliyin varisliyini təmin edə, xalqın vahidliyinin təcəssümü ola bilməmişdi.

Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilk növbədə Heydər Əliyevin qurduğu Azərbaycanda dövlətçiliyin varisliyini təmin etdi. Azərbaycan xalqının yüz gün öncə müdrikcəsinə möhtərəm cənab Prezidentə növbəti dəfə yüksək etimad göstərməsi isə dövlətçiliyimizin varisliyinin işğala, təcavüzə tam şəkildə son qoyulduğu tam yeni bir mərhələdə, demokratik hüquqi yolla davamlılığında ifadə olunan milli iradənin qətiyyətidir.

Bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bəyan etmişdi ki, seçkilər bütöv bir dövrə yekun vurur. Fevralın 14-də Milli Məclisdə baş tutmuş Prezidentin andiçmə mərasimindəki fenomenal yaddaşa müstəsna dövlətçilik təcrübəsinə əsaslanan çıxışı ilə cənab İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi. Bu mənada cənab İlham Əliyevin illərə sığa biləcək yüz günü, əslində, qədər çoxşaxəli fəaliyyəti əhatələsə , bir o qədər aydın korrektdir. Lakin nəzərə alsaq ki, bu titanik fəaliyyət öz təməlini bu il fevralın 14-dən götürmür, bütövlükdə Ulu Öndərin siyasi kursunun özü ilə bağlıdır, bu mənada proses daha geniş, ən azı 2003-cü ildən təhlil tələb edir.

Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Bakıda sovet rəhbərliyi ilə nüfuz alveri edilərkən cənab İlham Əliyev Moskvada Ulu Öndərlə birlikdə 20 Yanvar hadisələrinə görə sovet rejiminə qarşı açıq etiraz edən iki nəfərdən biri idi. Ulu Öndər Bakıya qayıtdıqdan sonra məhz onun sayəsində hakimiyyət iyerarxiyasında yer tutmuş bir sıra şəxslər nankorluq edən zaman,  parlamentdə Ulu Öndərə qarşı çirkab kampaniyası nümayiş etdiriləndə,  danışmağa imkan verməyəndə, Bakıda təhlükələrlə üz-üzə qalanda, o cümlədən  fəaliyyətinin ağır Naxçıvan dövründə onun əsas silahdaşı yenə İlham Əliyev idi. 2003-cü ilə qədərki dövlət quruculuğu prosesində Ulu Öndərlə bərabər, məhz  İlham Əliyevin adı xüsusi qeyd olunmalıdır.

Sonrakı dövrdə möhtərəm Prezidentin davam edən 20 illik fəaliyyəti son 200 ilin gündəliyindən daha zəngin, daha mürəkkəb, həm tariximizin ən uğurlu mərhələsidir. Onun şah əsəri isə, şübhəsiz ki, böyük Zəfərimizdir. Ümumiyyətlə, bəllidir ki, Qarabağ düyünü Ulu Öndərin nisgili idi, hətta özünün 2003-cü il 1 oktyabr tarixli son müraciətində ifadə edirdi ki, "xaos anarxiya dövründə yaranmış bu problemi hələ həll edə bilməmişik". Böyük Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, "xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem olmazdı".

Böyük hərbi-siyasi Zəfərə qədər cənab İlham Əliyev güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Məcburi köçkünlərin çadır şəhərciklərini ləğv edərək vətəndaşlarının rifahını yüksəltdi. 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Bu Zəfərə qədər dövlət başçısı həm tariximizin, həm regionun ən güclü ordusunu ən nəhəng müdafiə sənayesini qurdu, çoxəsrlik dövlətçilik ənənəsinin əhəmiyyətini dərk edən vətənpərvər gənclik yetişdirdi. Cənab İlham Əliyev bütün dünya ilə, xüsusən yanlış gözləntilərdə olan bəzi qlobal dairələrlə ideoloji savaşa girib, bu savaşdan da zəfərlə çıxaraq sübut etdi ki, Heydər Əliyev siyasi kursunun davam etdiyi bir şəraitdə Azərbaycan xalqı torpaqlarının zəbt olunması ilə barışa bilməz bu siyasi xətt illərlə davam etmiş işğalın Azərbaycan gəncliyinə Qarabağ Şərqi Zəngəzuru unutdurmasına imkan verməz. Məhz bu qətiyyətli mövqeni rəhbər tutmaqla, 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü suverenliyimizi tam bərpa etməklə cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı.

Etiraf etməliyik ki, Azərbaycan ərazi ölçüsü, əhali sayına görə xüsusi göstəricilərə malikdir, əksinə, kiçik ölkə sayılır. Lakin məhz cənab İlham Əliyevin vizyonu sayəsində danılmaz faktdır ki, Azərbaycan müasir geosiyasi situasiyada nəinki bölgədə, bütövlükdə qlobal mənada hərbi-siyasi güc mərkəzlərindən birinə çevrilib. Təbii ki, qlobal ziddiyyətlərin gücləndiyi bir şəraitdə rəqabətqabiliyyətli güclü dövlətə çevrilmək sadə məsələ deyil. Xüsusən siyasi iqtisadi transformasiyaların sürətlə davam etdiyi bir şəraitdə. Məlumdur ki, hazırda Azərbaycan Respublikası özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla neft hasilatından qaz istehsalına strateji keçidi təmin edir bu, müasir mərhələdə ölkəmizin enerji siyasətinin şaxələndirilməsində çox vacib addım hesab olunmalıdır. Məhz möhtərəm Prezidentin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar, həmçinin onun iradəsi ilə reallaşan layihələr bu gün faktiki olaraq Azərbaycanı Avropa üçün alternativsiz çox cazibədar enerji təchizatçısına çevirib.

Vətən müharibəsində Azərbaycanın Zəfəri, habelə antiterror tədbirlərində cənab İlham Əliyevin müstəsna qələbəsi, konstitusiya quruluşunun beynəlxalq hüquqla tanınan bütün ərazilərimiz boyu bərqərar olunması regionda qeyri-dost niyyətləri olan gücləri ölkəmizə qarşı səfərbər etdi. Bu prosesdə ənənəvi destruktiv Qərb strukturları, muzdlu media korrupsioner siyasətçilər beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə müxtəlif bəhanələrlə siyasi hücumlar təşkil etməyə, bəyanatlar verməyə başlayıblar. Özünü beynəlxalq ictimaiyyət adlandıraraq dünya birliyi adından çıxış edənlərə münasibətdə möhtərəm Prezidentin mövqeyi kifayət qədər aydın oldu, "200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər?"

Xüsusən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü Qoşulmama Hərəkatının sədri qismində cənab İlham Əliyevin uğurlu fəaliyyəti, onun bəşəri miqyasda lider kimi mövqelərinin möhkəmlənməsi Azərbaycanın qələbələrinin sağlam təməllər üzrə inşasını təmin etdi. Dünya ictimaiyyəti gördü ki, pandemiya ilə mübarizədə qlobal səylərə məhz cənab İlham Əliyev liderlik etdi, eyni zamanda postpandemiya yol xəritəsinin cızılmasında o, həlledici liderlik missiyasını üzərinə götürdü. Digər tərəfdən türk dünyasının birliyi istiqamətində açar rolunu üzərinə götürməklə cənab İlham Əliyev nəinki Azərbaycanın, bütövlükdə türk dünyasının qlobal miqyasda imkanlarını genişləndirmiş oldu.

Konkret olaraq ötən yüz günə gəlincə, cənab İlham Əliyev parlamentdə tarixi çıxışında bəyan etmişdi ki, qarşıdakı dövr üzrə Azərbaycan Respublikasının bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi müdafiəsini daha da gücləndirmək naminə ordu quruculuğu hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. Azərbaycan konstitusion səviyyədə başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin sirr deyil ki, bu gün özünü beynəlxalq ictimaiyyətin təmsilçisi kimi təqdim edən, lakin beynəlxalq hüquqa hörmətlə yanaşmayan subyektlər daxil, bir çox dövlətlər üçün bu prinsip keçərli deyil. Bu mənada güclü ordu quruculuğunun davam etdirilməsi yeni dövrdə əsas prioritetimiz olmalıdır ki, bütün mümkün təhdidləri zərərsizləşdirək. Ötən yüz gün ərzində bu istiqamətdə proseslər sürətlə davam edib.

Eyni zamanda cənab Prezident hərbi sənayenin inkişafına yalnız hərbi gücün artması yox, həm suverenliyin elementi kimi yanaşır əldə edilən strateji uğurların davamlılığında qətiyyətlidir. Dövlət başçısının özünün andiçmə mərasimində bəyan etdiyi kimi, Azərbaycan hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa vurub. Növbəti mərhələ isə daha genişmiqyaslı olmaqla, həm Azərbaycanın bu istiqamətdə xarici asılılığının kəskin azaldılmasına yönələcək ki, bu da siyasi iqtisadi müstəqilliyimizin ardınca müdafiə sənayesi sahəsində suverenliyimizə töhfə olacaq. Cənab Prezidentin inaqurasiya mərasimindəki tarixi çıxışında qeyd etdiyi kimi, "biz İkinci Qarabağ müharibəsi antiterror tədbirləri ilə sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq". Məhz bu məqsədlə sərhədlərimizin təhlükəsizliyinin daha da gücləndirilməsi zərurətdir. Dövlət başçısının təbiri ilə desək, bu, Azərbaycanı xarici risklərdən qoruyacaq.

Ümumiyyətlə, cənab İlham Əliyev üçün ideoloji bütövlük tamlıq azərbaycançılıq ideologiyası, ailə dəyərlərinin qorunması, gənc nəslin milli məfkurə vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlıdır. Bu mənada əminliklə demək olar ki, yeni epoxada ailə məktəb tərbiyəsi istiqamətində dövlət siyasəti daha çevik effektiv metodlarla realizə olunacaq. Cənab İlham Əliyev ardıcıl qələbələri ilə Azərbaycanın ən qüdrətli dövrünü başlatmaqla elə siyasi konfiqurasiya formalaşdırıb ki, xalqımız milli birliyin əhəmiyyətini tarixin heç bir dövründə olmadığı qədər yaxşı başa düşür.

Yeni dövrdə milli prioritetlərimizdən digəri ümumbəşəri dəyərlərə beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə sadiq qalmaqla xarici siyasət kursunda 3 konkret istiqamətin müəyyən olunmasıdır. Birincisi, Azərbaycan artıq əvvəlki qaydalarla - ikili standartla formalaşan riyakar qlobal nizamın şərtləri ilə hesablaşmaq niyyətində deyil. Əlbəttə, bunun da kökündə cənab İlham Əliyevin Heydər Əliyev siyasi kursuna arxalanaraq nail olduğu ciddi hərbi-siyasi, sosial iqtisadi uğurlar dayanır.

Xarici siyasət kursumuzun ikinci vacib konseptual elementi isə Azərbaycanın daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətində ehtiva olunur. Sirr deyil ki, əvvəllər regional problemlər ucbatından daha çox lokal reallıqlara köklənməli olsaq da, məhz mövcud siyasi iradənin qətiyyəti ilə Azərbaycan artıq həmin dövrləri geridə qoyaraq özünü qlobal oyunçu kimi təsdiq edə bilib. Bu gün isə hədəfimiz Zəfər qazanmış, reallıqlar yaratmış lider dövlətin haqlı mövqeyi üzərində bərqərar olunub biz Ermənistanın timsalında hansısa üçüncü dünya dövləti ilə münasibətlərə vaxt ayırmaq yox, lider qlobal subyektlərdən biri kimi iqlim dəyişiklikləri, islamofobiyaya neokolonializmə qarşı mübarizədə dünyanı narahat edən problemlərin həllində daha fəal olmaqdır. Təsadüfi deyil ki, yüz gün ərzində cənab İlham Əliyevin 80-dən çox dövlət hökumət rəsmisi ilə birbaşa təmaslarda ifadə etdiyi qəti mövqe artıq Azərbaycanın arzuladığı obrazda özünü təsdiq edə bildiyini göstərir.

Ermənistanla münasibətlərə gəlincə, inaqurasiya prosesində yeni dövr üçün cənab İlham Əliyevin bu istiqamətdə yol xəritəsi kifayət qədər aydın idi. Azərbaycan bu məsələdə qlobal manipulyatorlara meydan verməyəcəyini bəyan etmişdi. Dövlət başçımızın təbiri ilə desək, Bakı hesab edir ki, "bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç dəyişməyəcək".

Nəticədə Azərbaycan qeyd edilən dövr ərzində sülh prosesində özünün direktivlərini oturda bildi bu gün Bakı İrəvan arasında məhz cənab İlham Əliyevin tezislərinə müvafiq olaraq sülh danışıqları delimitasiya demarkasiya prosesindən ayrıldı. Nəticədə prosesin hər iki qolu istiqamətində ümidverici məqam yarandı. O cümlədən Azərbaycan Qazaxın 4 kəndini bir güllə atmadan geri aldı. Bundan başqa, cənab İlham Əliyev separatizmlə bağlı məsələdə son nöqtəni qoydu. Novruz tonqalını Xankəndidə qalamaqla cənab İlham Əliyev separatizmin son izini təmizləmiş olduğunu bəyan etdi.

Ötən yüz gün ərzində əsas milli prioritetlərimizdən biri olan işğaldan azad olunmuş ərazilərdə quruculuq bərpa, habelə həmin torpaqlara ləyaqətli qayıdış da yeni mərhələyə qədəm qoydu. Şuşaya, Laçının Sus kəndinə əhalinin ilk köçü baş tutdu.

Qeyd olunanlar fonunda yeni dövr üzrə müəyyənləşən hədəfləri cəmi yüz gün ərzində görülən işləri təhlil etdikdə əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk inaqurasiya mərasimindən sonra səlahiyyətinin ilk yüz günündə, əslində, bir liderin 10 illər ərzində reallaşdıra biləcəyi qədər nailiyyətlər əldə edib bunu yeni dövrə keçidi təmin edəcək mükəmməl siyasi mərhələyə çevirə bilib. Üstəlik, cənab İlham Əliyev elə konfiqurasiyaya nail ola bildi ki, hər bir Azərbaycan vətəndaşı özünü bu transformasiyanın bir hissəsi hərəkətverici qüvvəsi hesab edə biləcək. Bu mənada dönüb ötən dövrə baxanda bir şeyə əmin oluruq, miqyası dövlətimizin miqyasından, gördüyü işlər isə real  imkanlarımızdan artıq olan cənab İlham Əliyev bu dövlət bu xalq üçün sözün əsl mənasında tarixi şansdır.

 

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2024.- 24 may, № 108.- S.11.