44 gün... 23 saatın davamı 100 gün

 

 

"100 günün hesabatı" ənənəsi ABŞ-nin 32-ci prezidenti Franklin Ruzvelt tərəfindən qoyulub. Ruzveltə qədər ABŞ ciddi iqtisadi depressiyalara məruz qalmışdı. Ona görə prezident onun administrasiyası 100 gün ərzində ölkənin iqtisadi həyatını sağlamlaşdırmaq üçün nəzərəçarpacaq tədbirlər həyata keçirmək imkanı qazanmışdı.

Bu imkandan istifadə edən Ruzvelt 100 gün ərzində bir sıra tədbirləri həyata keçirərək hesabat vermişdi. O zamandan indiyədək, demək olar ki, dünyanın əksər ölkələrində dövlət başçılarının 100 günlük fəaliyyətləri ilə baglı hesabatlar verilir, müəyyən təhlillər aparılır gələcək üçün proqnozlar irəli sürülür.

Təcrübə göstərir ki, siyasi, iqtisadi, sosial böhrana, depressiyalara məruz qalmış ölkələrdə hakimiyyətə gəlmiş yeni dövlət başçısı 100 gün ərzində həyatın əsas sahələrinə kifayət qədər təsir etməyə çalışır. Stabil inkişaf daxili sabitliyi təmin olunmuş, xarici siyasəti formalaşdırılmış dövlətlərdə isə bu, bir növ ənənəyə əməl etmək təsiri bağışlayır. Prezident İlham Əliyev ikinci qəbildən olan dövlətlərin başçıları sırasındadır. 2003-cü ildə Prezident seçiləndə önündə Ulu Öndər Heydər Əliyev tərəfindən daxili ictimai-siyasi sabitliyi təmin olunmuş, xarici siyasəti strategiyası formalaşdırılmış, iqtisadiyyatı intensiv surətdə inkişaf məcrasına yönəldilmiş bir ölkə var idi. belə bir dövləti idarə etməyi Azərbaycan seçicisi məhz Ulu Öndərin layiqli davamçısına etibar etmişdi. Hər kəs gördü ki, Prezident həmin etimadı doğrultdu, "hər bir azərbaycanlının Prezidenti olacağam" vədinə əməl etdi. Yeni əsrin yeni liderinin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli milli maraqlara söykənən daxili xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi.

Ötən iki onillikdə Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursuna daim sadiq qalacağını dəfələrlə bəyan edib. Dönüb 20 illik bir fəaliyyət müstəvisinə baxanda aydın görmək olur ki, dövlət başçısı bu vədinə əməl edib bu gün dəyişməz olaraq qalır. Azərbaycanda bütün sahələrdə baş verən quruculuq, inkişaf islahatlar həmin bəyanatın göstəricisidir. Arxada qalan illərdə dövlət başçısı həm beynəlxalq, həm regional səviyyədə, həm ölkə daxilində o qədər parlaq uğurlara imza atıb ki, onun qatı əleyhdarları belə Azərbaycan liderinin qələbəsini qəbul etməyə məcbur olublar. Bu, həm bütövlükdə Azərbaycana, Azərbaycan xalqına, dünyanın başqa yerlərində yaşayan soydaşlarımıza bəxş edilən qələbədir. Bu qələbənin müəllifi, altından imzasını qoyan isə, sözsüz ki, qurucu qalib lider, Ali Baş Komandan İlham Əliyevdir. Prezident müasir dünyada gedən siyasi iqtisadi proseslərə dərindən bələddir, qloballaşma inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün siyasi kataklizmləri irəlicədən görür Azərbaycanı dağıntıları qarşılamaq üçün öncədən hazırlayır. Bu, müdriklik, liderlik uzaqgörənlikdir.

2020-ci ilin 8 Noyabr Zəfər Günündən bu günə qədər dörd ilə yaxın bir vaxtı əhatə edən yolda liderin qurub yaratdıqları, təbii ki, 100 günlük hesabatdan öncəki dövrün göstəricisidir. İşğal illərində dağıdılmış, viran qalmış Qarabağın yenidən qurulması, bərpası, əvvəlki görkəmindən üstün olması, "ağıllı kənd"lərin, şəhərlərin tikilməsi, sənaye parklarının salınması, "yaşıl zona"ya çevrilməsi, qısa müddətdə keçmiş köçkünlərin doğma yurda dönüşünün təmin olunması 100 günlük hesabata gələn yolda qazanılan uğurların hər birində Prezident İlham Əliyevin imzası izi var. 100 gün həm çoxdur, həm az. Bəlkə kimin üçünsə hay-küylü dəyişiklik etmək, özünüreklam naminə ucuz gedişlər üçün 100 günü gözləmək lazım deyil, 30-40 gün kifayət edir. Amma dövlət işində, siyasət aləmində bərkimiş, oturuşmuş təmkindən, düşüncədən, ölkə dünya təcrübəsindən güc alan bir dövlət siyasət adamı üçün 100 gün təhlil hazırlıq dövrüdür.

Əslində, ciddi siyasətçidən bu dövrü gözləmək lazım deyil. 44 günlük bir dövrü xatırlayaq. Bir ay 15 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın müstəsna sərkərdəlik qabiliyyəti, Azərbaycan xalqının əzmi iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu ordu-xalq-iqtidar birliyi ölkənin gələcəyini təmin edən ən mühüm amil oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq tarixini yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. Hərbi əməliyyatların aparılması xarakterinə icrasına, döyüşçülərimizin şücaətinə görə Azərbaycan tarixində misli görünməmiş Zəfərdir. Əlbəttə ki, cəmi 44 günə başa gəlmiş Zəfərin baş memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. həmin 44 günün möhtəşəmliyi 100 gün əvvəl İlham Əliyevin təkrar dövlət başçısı seçilməsinin bayraqdarı oldu. Baxmayaraq ki, 100 günü qurucu lider üçün hesabat dövrü adlandırmaq olar. Amma möhtəşəm 44 gün əsrə bərabər bir gündü. Ona görə Prezidentin hazırkı 100 günü 44 günün möhtəşəmlik fövqündən yuxarıda dayana bilməz. Bununla belə ötən 100 gün haqqında Prezident onun administrasiyası hesabat vermək üçün xalqın qarşısına dolu qovluqla çıxa bilər. Jurnalistlər, politoloqlar, ekspertlər siyasətçilər üçün isə danışmağa, yazmağa kifayət qədər sanballı mövzu material var.

Prezidentin 100 gününün mahir biliciəri adətən öz mövqelərini bir mühüm məsələ ətrafında şərh edirlər: hakimiyyətə gələn yeni prezident ötən 100 gün ərzində seçkidə qazandığı səslərin üzərinə əlavələr edib, yoxsa seçicilərin bir qismi daha ona etimad göstərmir? Təbii ki, bu, ümumi qəbul edilmiş kriteriyadır. Çünki bütün digər məsələlərin həlli bu ya başqa mənada xalqın öz rəhbərinə göstərdiyi etibar etimada bağlıdır. Məlumdur ki, İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanaraq digər iddiaçılar üzərində labüd olan gözlənilən qələbəni qazanıb. Bununla da Azərbaycan xalqının dövlət başçısına olan etimad etibarı təsdiqlənib.

Ötən 3 ay 10 gün ərzində Azərbaycan xalqı İlham Əliyevin Prezidentliyi, rəhbərliyi altında daha 100 gün yaşadı. Bu qısa vaxt ərzində açıq-aydın görünən, hiss olunan 100 yenilik yazmaq olar, amma hər kəsin bütün dünyanın gözü önündə baş verən uğurları təkrar yazmağa ehtiyac yoxdur.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 24 may, № 108.- S.17.