Milli
Məclisin Mədəniyyət
komitəsinin üzvləri
TBMM-in nümayəndə
heyəti ilə görüşüblər
Mayın 23-də Milli
Məclisin Mədəniyyət
komitəsinin üzvləri
Türkiyə Böyük
Millət Məclisinin(TBMM) Milli təhsil,
mədəniyyət, gənclik
və idman komissiyasının sədri
Mahmut Özerin başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüblər.
Mədəniyyət komitəsinin sədri Fazil Mustafa qonaqları
salamlayaraq, dövlətlərimiz
arasındakı əlaqələrin
möhkəmlənməsində qarşılıqlı səfərlərin
rolundan danışıb.
O, təhsil, elm, mədəniyyət sahələrində
əlaqələrin inkişaf
etdirilməsinin əhəmiyyətindən,
Azərbaycan-Türkiyə Universitetinin
açılmasının təhsil
sahəsində əməkdaşlığın
inkişafına yeni töhfə olmasından,
TÜRKPA çərçivəsində
əməkdaşlığın türk dövlətlərinin
ümumi maraqlarının
müdafiəsinə xidmət
etməsindən söhbət
açıb.
Səmimi görüş
üçün təşəkkürünü
ifadə edən TBMM-in Milli təhsil,
mədəniyyət, gənclik
və idman komissiyasının sədri
Mahmut Özer başçılıq etdiyi
nümayəndə heyətinin
ölkəmizə səfəri
zamanı keçirdiyi
görüşlər barədə
xoş təəssüratlarını
bölüşüb.
Qonaq Ümummilli
Lider Heydər Əliyevin “bir millət, iki dövlət” şüarına
əsasən inkişaf
edən qarşılıqlı
münasibətlərimizdə mədəni əlaqələrin
rolundan danışıb,
Bakıda keçirilmiş
VI Beynəlxalq Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyətini qeyd edib.
Söhbət zamanı
iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən
dostluq qruplarının
parlamentlərarası əməkdaşlığın
güclənməsində rolundan
danışılıb, Azərbaycanın
44 günlük Vətən
müharibəsində Türkiyənin
göstərdiyi mənəvi-siyasi
dəstəkdən söhbət
açılıb, dövlətlərimizin
hər zaman bir-birinin yanında olduğu qeyd edilib.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin
üzvləri Sabir Rüstəmxanlı, Ülviyyə
Həmzəyeva, Cavanşir
Feyziyev türk dünyasının mədəniyyət
sahəsində əlaqələrinin
inkişaf perspektivləri
barədə fikirlərini
bölüşüblər.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin
üzvləri Əziz
Ələkbərov, Mixail
Zabelin, Razi Nurullayev və digər rəsmi şəxslər iştirak
ediblər.
Azərbaycan.-2024.-
24 may, № 108.- S.18.