Otuz il əvvəl şəhidlik zirvəsinə ucalan üç döyüşçü Şabranda dəfn olunub

 

Birinci Qarabağ müharibəsinin şəhidləri Mirzəyev Rahib Ağaseyid oğlu, Şaxayev Cəlil İsa oğlu Əmrullayev Rza Qəzənfər oğlunun cəsədlərinin qalıqları mayın 23-də Şabrandakı Şəhidlər xiyabanında dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1994-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülər ölümlərindən 30 il sonra doğma yurdlarında torpağa tapşırılıblar.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Şabran Rayon İcra Hakimiyyətinin, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər sakinlər iştirak ediblər.

Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza dövlətimizə sülh əmin-amanlıq arzulanıb, şəhidlərin məzarına tər güllər düzülüb, əklil qoyulub.

Şəhid Mirzəyev Rahib Ağaseyid oğlu 1971-ci ildə Şabranda anadan olub. 1989-1991-ci illərdə sovet ordusunda hərbi xidmət keçib. Birinci Qarabağ müharibəsinə könüllü yollanıb. 1992-ci il sentyabr ayının 4-də Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. Sonuncu dəfə Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il fevralın 11-də itkin düşdüyü barədə məlumat verilib. Ailəsi 30 il ərzində Rahibdən xəbər ala bilməyib.

Şəhid Şaxayev Cəlil İsa oğlu 1973-cü ildə Şabranda anadan olub. Orta məktəbi bitirdikdən sonra peşə məktəbində təhsil alıb. 1994-cü ildə hərbi xidmətə yollanıb Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. 1994-cü ildə Murovdağın ətəyində gedən döyüşlərdə itkin düşüb.

Şəhid Əmrullayev Rza Qəzənfər oğlu 1961-ci ildə Şabranda dünyaya göz açıb. Hərbi xidmətini 1980-1982-ci illərdə Əfqanıstanda keçib. 1994-cü ildə könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Elə həmin il Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşüb.

Aparılan araşdırmalardan sonra hər üç döyüşçünün Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.

 

Azərbaycan.-2024.- 24 may, № 108.- S.19.