Şəhid
Elməddin Abbasov Sumqayıtda dəfn olunub
Birinci Qarabağ
müharibəsində itkin
düşmüş hesab
olunan Abbasov Elməddin Şirxan oğlunun meyitinin qalıqları Sumqayıta
gətirilib. O, Gəncə
şəhərində Şəhidlər
xiyabanında naməlum
şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC xəbər
verir ki, Sumqayıtda keçirilən dəfn mərasimində
şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl
Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə
orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri,
qazilər iştirak ediblər.
Cənazə
namazından sonra şəhid Elməddin Abbasov torpağa
tapşırılıb, ruhuna dualar oxunub.
Hərbi
orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Əsgərlər şəhidin
xatirəsinə yaylım
atəşi açıblar.
Qeyd edək ki, 1975-ci ildə Cəbrayıl rayonunda anadan olan Abbasov
Elməddin Şirxan oğlu 1994-cü ildə Murovdağ istiqamətində
gedən döyüşlərdə
itkin düşmüş
sayılırdı.
Azərbaycan.-2024.-
24 may, № 108.- S.19.