İqtisadi yüksəlişin təzahürü

 

 

"Böyük qayıdış" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatı yaradılacaq

 

 

 

Prezident İlham Əliyev tərəfindən Milli Məclisə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi göndərilib. Bu ilin  dövlət büdcəsinə dəyişikliklər "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur.

Dövlət büdcəsinə yenidən baxılmanı bir sıra amillər  şərtləndirir. Bunlardan biri "Böyük qayıdış" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.  Ölkəmizin ərazi bütövlüyü suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə dövlətin müdafiə qabiliyyətinin milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi  üçün əlavə maliyyə təminatının yaradılmasını şərtləndirən amillərdəndir. Daha bir amil isə  yeni infrastruktur layihələrinin  həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət tədbirlər üzrə xərclərdir s.    

Əvvəla qeyd edək ki, əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti dinamikası etibarlı zəmin yaradır.  Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, proqnozun yenilənməsi ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını bölünməsini gündəmə gətirir. Belə ki, bu ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artmışdır. Cari ildə inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşmışdır.

Yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirmişdir. Bu dövrdə  dövlət büdcəsinin gəlirləri 12144,3 milyon manat proqnoza qarşı 13259,4 milyon manat ya 109,2 faiz təşkil etmişdir. Bu da keçən  ilin eyni dövrü ilə müqayisədə 1094,4 milyon manat ya 9,0 faiz çoxdur. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil etmişdir.

2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları  bu il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.

Qanun layihəsində qeyd olunur ki, zəruri əlavə xərclərin maliyyə təminatının mənbələri kimi  makroiqtisadi sabitliyə xələl gətirməyən, orta uzunmüddətli inkişaf ssenarilərini dəstəkləyən gəlirlər maliyyələşmə alətləri çıxış edir. Dövlət büdcəsinin 3796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur. Əlavə qeyri-neft gəlirləri  1300 milyon manat, əlavə neft gəlirləri  605 milyon manat,  Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından  ayırmalar 250 milyon manat, "Nəqliyyat vasitələrinin utilizasiyası Fondu"nun (məqsədli büdcə fondu) gəlirləri  25 milyon manat, dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması yenidən bölgüsü  851,8 milyon manat, dövlət büdcəsinin kəsirinin böyüdülməsi  764,3 milyon manatdır.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180 milyon manat çoxdur.  Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi neft sektorunun, 51,1 faizi qeyri-neft sektorunun payına düşür. Bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575 milyon manat ya 9,3 faiz artırılır ki, bu ötən  ilin icra göstəricisinə nisbətən 1504 milyon manat (8,8 faiz) çoxdur. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcək.

Sözügedən sənəddə həmçinin göstərilir ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat ya 8 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat  ya 8,9 faiz çoxdur.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58 faizi həcmində ya 23024,4 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 314,2 milyon manat ya 1,4 faiz, 2023-cü ilin faktiki icra göstəricisinə nisbətən 2756,3 milyon manat ya 13,6 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 38,7 faizi həcmində ya 15387,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3307,1 milyon manat ya 27,4 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,3 faizi həcmində ya 1295,6 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 677,0 milyon manat ya 34,3 faiz az) vəsait yönəldiləcək.

Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz-bənd azalacaqdır.

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası digər xərclər) xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat ya 2114,7 milyon manat (27,2 faiz), müdafiə milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421,0 milyon manata qarşı 7126,3 milyon manat ya 705,3 milyon manat (11,0 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1390,3 milyon manata qarşı 1750,2 milyon manat ya 359,9 milyon manat (25,9 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə prokurorluq xərcləri təsdiq olunmuş 2956,7 milyon manata qarşı 3058,4 milyon manat ya 101,7 milyon manat (3,4 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1102,6 milyon manata qarşı 1202,6 milyon manat ya 100,0 milyon manat (9,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4822,2 milyon manata qarşı 4542,8 milyon manat ya 279,4 milyon manat (5,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1871,3 milyon manata qarşı 1863,3 milyon manat ya 8,0 milyon manat (0,4 faiz), sosial müdafiə sosial təminat xərcləri təsdiq olunmuş 4542,2 milyon manata qarşı 4391,4 milyon manat ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil kommunal təsərrüfatı xərcləri ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır.

Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764,3 milyon manat məbləğində böyüdülməklə 3354,3 milyon manata çatdırılır. Kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaqdır.

Yenidən baxılma ilə 2024-cü il icmal büdcədə gəlirlər 43480 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4482,5 milyon manat ya 11,5 faiz çoxdur. İcmal büdcənin xərcləri 45591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,6 milyon manat ya 7,6 faiz, 2023-cü ilin icra göstəricisinə nisbətən isə 5258,5 milyon manat ya 13 faiz çoxdur.

İcmal büdcə 2111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1267 milyon manat ya 37,5 faiz azdır.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 26 may, ¹ 110.- S.6.