İtaliya
Azərbaycanın əsas ticarət tərəfdaşlarından
biridir
Prezident
İlham Əliyev İtaliyanın ölkəmizdə yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də
İtaliya Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Luka Di Canfrançeskonun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər
verir ki, səfir etimadnaməsini dövlətimizin
başçısına təqdim etdi.
Prezident
İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycana
səfir təyin olunmasından məmnunluğunu bildirən
Luka Di Canfrançesko İtaliya Prezidenti Sercio Mattarellanın
salamlarını dövlətimizin başçısına
çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını İtaliya Prezidentinə
çatdırmağı xahiş etdi.
Söhbət
zamanı ölkələrimiz arasında ikitərəfli
münasibətlərin xüsusi xarakter
daşıdığı və strateji tərəfdaşlıq
müstəvisində inkişaf etdiyi vurğulandı.
Səfir əlaqələrimizin
bütün sahələrdə, o cümlədən elm və
təhsil sahəsində uğurla inkişaf etdiyini deyərək,
İtaliya universitetlərinin Azərbaycanda
açılması istiqamətində aparılan işləri
məmnunluqla qeyd etdi.
Prezident
İlham Əliyev İtaliyanın Azərbaycanın Avropa
İttifaqına üzv ölkələr arasında əsas
ticarət tərəfdaşı olduğunu vurğuladı.
Görüşdə
ölkələrimiz arasında siyasi və humanitar əlaqələrin,
iqtisadi və təhsil sahəsindəki əməkdaşlığın
dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə
olundu. Azərbaycan ilə
İtaliya arasında əlaqələrin xüsusilə
enerji sahəsindən
başlandığı, sonra
müxtəlif sahələri,
o cümlədən mədəniyyət,
informasiya-kommunikasiya texnologiyaları,
nəqliyyat və digər sahələri əhatə etdiyi bildirildi.
Söhbət zamanı
Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində aparılan
bərpa-quruculuq işlərində
dost və tərəfdaş ölkə
olan İtaliyanın şirkətlərinin yaxından
iştirakı məmnunluqla
vurğulandı.
Görüşdə Orta Dəhlizin inkişafı və bu çərçivədə
əməkdaşlığın perspektivləri müzakirə
olundu.
Azərbaycan-Avropa İttifaqı
əlaqələri və
Avropa İttifaqına
üzv ölkə olaraq İtaliyanın bu prosesdə Azərbaycana dəstəyi
məsələsi də
qeyd edildi.
Azərbaycan.-2024.-
26 may, № 110.- S.2.