"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 23.4-1-ci maddə əlavə edilsin:

"23.4-1.Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.".

2. 37.7-ci maddənin ikinci cümləsi çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2024-cü il

Azərbaycan.-2024.- 26 may, № 110.- S.2.