"Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası istismarının prinsip şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş"ə dəyişiklik edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il aprelin 30-da Bakı Tbilisi şəhərlərində imzalanmış  "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası istismarının prinsip şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş"ə dəyişiklik edilməsi barədə Protokol" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.    

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərsin.   

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2024-cü il

Azərbaycan.-2024.- 26 may, № 110.- S.2.