"Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam
Əməkdaşlıq Gənclər
Forumu (İƏGF) arasında
"Şuşa - İƏT-in Gənclər Paytaxtı 2024" Beynəlxalq
Proqramının həyata
keçirilməsi haqqında
Öhdəlik Protokolu"nun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il martın
28-də Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam
Əməkdaşlıq Gənclər
Forumu (İƏGF) arasında
"Şuşa - İƏT-in Gənclər Paytaxtı 2024" Beynəlxalq
Proqramının həyata
keçirilməsi haqqında
Öhdəlik Protokolu"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Öhdəlik Protokolu
qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Öhdəlik
Protokolunun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Gənclər
Forumuna bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 may 2024-cü il
Azərbaycan.-2024.-
26 may, № 110.- S.2.