Baş
nazir Əli Əsədov İtaliyanın
Baş prokuroru ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov mayın 25-də İtaliya
Ali Kassasiya Məhkəməsinin Baş
prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan-İtaliya
dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin müxtəlif
sahələrdə inkişafından
məmnunluq ifadə olunub.
İki ölkənin
prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar
çərçivəsində uğurlu əməkdaşlığın
həyata keçirildiyi
bildirilib.
Səfər çərçivəsində
imzalanmış Azərbaycan
Respublikasının Baş
Prokurorluğu ilə İtaliya Respublikasının
Ali Kassasiya Məhkəməsi yanında
Baş Prokurorluğu arasında əməkdaşlığın
inkişaf etdirilməsi
haqqında Anlaşma Memorandumunun əhəmiyyəti
vurğulanıb.
Həmçinin Azərbaycan-İtaliya
əlaqələrinin ticari-iqtisadi
və bir çox digər istiqamətlərdə genişləndirilməsi
perspektivləri müzakirə
olunub.
Görüşdə Azərbaycan Respublikasının
Baş prokuroru Kamran Əliyev iştirak edib.
Azərbaycan.-2024.-
26 may, № 110.- S.5.