Leyla
Əliyeva Berlində işgüzar səfərdə
olub
Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin (İB) təsisçisi
və rəhbəri Leyla Əliyeva Beynəlxalq Biomüxtəliflik
Günü ərəfəsində Berlinə işgüzar səfəri
çərçivəsində Azərbaycan Mədəniyyət
Mərkəzində IDEA İB-nin təşkilatçılığı
ilə keçirilən “Təbiətə qayıdış:
Azərbaycanda zubr populyasiyasının bərpası” adlı
tədbirdə iştirak edib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə çıxış edən Leyla
Əliyeva, eləcə də Berlin Zooparkının direktoru
Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə
Fondunun (WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə
müdiri Katrin Samson tədbirin əhəmiyyətindən bəhs
edib, ölkəmizdə zubr populyasiyasının bərpası
və inkişafı üzrə görülən işlərin
vacibliyini iştirakçıların diqqətinə
çatdırıblar. Tədbirdə,
həmçinin bu sahədə görülən
işlərə həsr
olunmuş film və fotosərgi nümayiş etdirilib.
Leyla Əliyeva
səfər çərçivəsində
“Michael Succow” Fondunun təsisçisi Maykl Sukkov, Lissabon Zooparkının Zoologiya və veterinar şöbəsinin müdiri
Ruy Bernardino, eləcə də Andreas Knirim və Katrin Samson ilə ayrıca görüşlər
keçirib, təbiəti
mühafizə, canlı
aləmin konservasiyası
və bərpası sahələrində əməkdaşlıq
imkanları barədə
fikir mübadiləsi aparıb. Sonuncu görüş zamanı Bakı və Berlin zooparkları arasında əməkdaşlıq haqqında
memorandum imzalanıb. Memoranduma əsasən, zooparklar öz aralarında məlumat, bilik və təcrübə
mübadiləsi keçirəcək,
habelə əməkdaşlar
üçün birgə
təlimlər təşkil
edəcəklər.
Qeyd edək ki, ötən əsrin əvvəllərində
ölkəmizdə nəsli
kəsilmiş zubr populyasiyasının vəhşi
təbiətə reintroduksiyası
məqsədilə 2012-ci ildən
etibarən IDEA İctimai
Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
və Ümumdünya
Təbiəti Mühafizə
Fondunun Azərbaycan nümayəndəliyinin birgə
tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilməkdə olan
layihə nəticəsində
hazırda Şahdağ
Milli Parkının ərazisində 61 başdan
ibarət zubr populyasiyasının bərpasına
nail olunub.
Azərbaycan.-2024.-
26 may, № 110.- S.6.