Qazaxın 4 kəndinin geri alınması dövlətimizin başçısının qətiyyətli mövqeyinin nəticəsidir

 

 

"Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli Qızılhacılı kəndlərinin ərazisi artıq Dövlət Sərhəd Xidmətimiz tərəfindən nəzarətə götürülüb. Bu, Azərbaycanın qələbəsi, "dəmir yumruğ"un, "dəmir iradə"nin növbəti nümayişi isbatıdır. Prezident İlham Əliyevin bir sözü ilə sərhəddə nizamlamanın həyata keçirilməsi dövlətimizin başçısının prinsipiallığından qətiyyətindən xəbər verir".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Deputat bildirib ki, ölkəmizin əldə etdiyi ardıcıl nailiyyətlər xalqımızın iradəsi, ordumuzun şücaəti bu xalqın yenilməz rəhbəri, müzəffər lider İlham Əliyevlə bağlıdır: "Qazaxın geri qaytarılan 4 kəndinə nəzarətin ölkəmizə keçməsi sülhə doğru atılan əhəmiyyətli addımdır. Sülhün qapıları getdikcə bizə daha çox açılır. Əlbəttə, biz bunu bacardıq. Prezident İlham Əliyevin bir neçə dəfə vurğuladığı kimi, Azərbaycan BMT-nin qətnamələrini təkbaşına özü icra etdi. Ədaləti bərpa etmək, işğalda olan torpaqlarımızı azad etmək üçün İkinci Qarabağ müharibəsində savaşmalı idik".

Deputatın sözlərinə görə, Qazaxın kəndlərinin qaytarılması bir daha sübut etdi ki, Azərbaycan Prezidenti vədlərinə əməl edir, dövlətimiz öz sözünün yiyəsidir: "Bu qətiyyətin prinsipiallığın nəticəsidir ki, Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi olmadan sülhə doğru inamlı addımlar atılır. Azərbaycanın özünün birbaşa səyləri ilə son dövrlər hər iki ölkənin maraqlarını təmin edən tərəqqiyə hesablanmış hadisələrə şahidlik edirik. Üçüncü tərəflərin bu hadisələrə istiqamətləndirmə imkanlarının olmaması dövlətimizin təşəbbüslərinin nəticəsidir".

Jalə Əliyeva qeyd edib ki, Prezidentin bütün vədləri mütləq reallaşdığı kimi, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər qısa zamanda öz təsdiqini tapdı: "Dövlət başçısının "o kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Yəni bizim mövqeyimiz bundan ibarətdir" fikirləri bu gün artıq realdır, sözügedən kəndlərə Dövlət Sərhəd Xidmətinin bölmələri nəzarət edir. Bu, Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində atılmış növbəti addımdır".

Deputat yekunda vurğulayıb ki, iki ölkə arasında delimitasiya demarkasiya prosesinin belə uğurla davam etməsi sülhə daha yaxın olduğumuza dair nikbinliyimizi artırır: "Onu da qeyd etmək lazımdır ki, bu sülh müqaviləsinin imzalanması Azərbaycandan daha çox, elə məğlub Ermənistanın özünə lazımdır. Azərbaycan öz qonşuları ilə daim sülh şəraitində təhlükəsiz yaşamaq, mehriban dostluq əlaqələri qurmaq niyyətindədir".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 26 may, № 110.- S.6.