Azərbaycanla Tacikistanı dostluq qardaşlıq əlaqələri birləşdirir

 

 

Azərbaycan ilə Tacikistan arasındakı münasibətlərin tarixi çox qədimdir. Tacikistanda Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycanlıların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər.  Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrlərdə Azərbaycan Tacikistan arasında iqtisadi mədəni əlaqələr formalaşmışdır.

Keçmiş ittifaq dağıldıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur. Azərbaycan ilə  Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.

2 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının  Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində səfirliyi təsis edilmişdir. 2007-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində məhsuldarlığında da özünü açıq şəkildə göstərir. Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar digər sahələrdə münasibətlər sıx birləşdirir. Azərbaycan Tacikistan arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası Tacikistan Respublikası arasında dostluq əməkdaşlıq haqqında Müqavilə" imzalanıb.

Zaman keçdikcə Azərbaycanın beynəlxalq əlaqələri daha intensiv xarakter alıb. Bu, dünyanın müxtəlif bölgələrindən dövlət hökumət başçılarının Azərbaycana səfərlərinin artmasında eləcə dövlətimizin başçısının mütəmadi olaraq xarici ölkə rəhbərlərinin dəvəti ilə səfərlər etməsində özünü açıq şəkildə göstərir. Tacikistan Prezidentinin Azərbaycana gəlişi bu qəbildən olan səfərlərdən biridir. Azərbaycanın bütün Mərkəzi Asiya dövlətləri ilə, o cümlədən Tacikistanla münasibətləri xalqlarımız arasında formalaşmış tarixi dostluq münasibətlərinə əsaslanır.

İki qardaş ölkə arasında əməkdaşlıq görüşlər bu gün davam edir. Mayın 22-də Tacikistan Prezidenti  Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə həm təkbətək, həm geniş tərkibdə görüşü keçirilib. Prezidentlər bu görüşlərdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında əməkdaşlığın inkişafından bəhs edərək deyib: "Bu gün həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. Başqa sözlə, hətta ölkələrimizin nümayəndə heyətlərinin tərkibi geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni bizim Tacikistan Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir".

Tacikistan Prezidenti Emoməli Rəhmon isə mətbuata bəyanatında iki ölkə arasındakı layihə proqramların uğurla həyata keçirildiyindən söz açaraq deyib: "Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin maliyyə qurumlarının Tacikistanda layihə proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi".

Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, yaxın zamanlarda Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirəcək. Bu gün Çindən Avropaya gedən Mərkəzi Asiya dövlətlərinin ərazisini əhatə edən ən qısa təhlükəsiz tranzit daşımaları məhz ölkəmizin ərazisindən həyata keçirilir. Orta dəhliz onun bir hissəsi olan Trans-Xəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün olduqca səmərəli nəqliyyat layihəsidir. Bütün bunlar Tacikistanın da Azərbaycana marağını artırır ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.  Əminliklə demək olar ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına xidmət edəcək.

 

V.MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 26 may, № 110.- S.13.