Uğurlu
diplomatiyanın növbəti
zəfəri
Qazaxın dörd kəndinin azad olunması Prezident İlham Əliyevin güclü siyasi iradəsinin göstəricisidir
"Qazaxın 4 kəndinin
qaytarılması Prezident
İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsi
olaraq Azərbaycanın
qazandığı növbəti
tarixi qələbədir.
Dövlət başçısı
bütün prosesi dəqiq, məntiqi ardıcıllıqla davam
etdirir".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Sevil Mikayılova söyləyib.
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
Ordusu 2020-ci il Vətən müharibəsində
işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin suverenliyini bütün ölkə ərazisində
tam bərpa etdi. Prezident Əliyevin yaratdığı
ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının
bölgəni vaxtından
əvvəl tərk etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması məqsədyönlü siyasətin
nəticəsidir", - deyən
deputat əlavə edib ki, Azərbaycan
Prezidenti hələ yanvar ayında yerli televiziyalara müsahibəsi zamanı Qazaxın 4 kəndi ilə bağlı məsələyə toxunmuşdu.
Dövlətimizin başçısı
həmin kəndlərin
Azərbaycana qaytarılmalı
olduğunu bildirmişdi.
Bundan sonra Azərbaycan
Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət
sərhədinin delimitasiyası
üzrə Dövlət
Komissiyası və Azərbaycan Respublikası
ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və
sərhəd təhlükəsizliyi
məsələləri üzrə
Komissiyanın görüşündə
razılaşdırılıb ki, işğal altında olan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın.
Azərbaycan və eləcə də dünya ictimaiyyəti növbəti dəfə Prezident Əliyevin güclü iradəsini və qətiyyətini gördü. Vətən müharibəsi və
2023-cü ildəki lokal
antiterror tədbirlərindən
sonra Azərbaycan suverenliyini tam bərqərar etdi. Qazaxın 4 kəndinin geri qaytarılması başlanmış prosesin
məntiqi davamıdır.
Deputat sonda onu da qeyd
edib ki, Qazaxın 4 kəndinin danışıqlar yolu ilə qaytarılmasının
həm də böyük siyasi əhəmiyyətdi var:
"Bir neçə müddətdir ki, bəzi Qərb dövlətləri, xüsusən
də Fransa təbliğat aparırdılar
ki, guya Azərbaycan Ermənistan ərazisinə hücum etməyə hazırlaşır.
Danışıqlar yolu
ilə, vasitəçilərsiz
4 kəndin qaytarılması
nəinki bu yalan iddiaları alt-üst etdi, eyni zamanda kənar
müdaxilələrin normallaşma
prosesinə mənfi təsir etdiyini bir daha ortaya
qoydu".
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
26 may, № 110.- S.13.