Fransa
beynəlxalq hüququ
pozur
Paris Şəhər Şurası Azərbaycanın
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) evsahibliyini
boykot etmək barədə heç bir məntiqə sığmayan, sadəcə,
Emmanuel Makron hakimiyyətinin əsl simasını nümayiş
etdirən qərar imzalayıb. İqlim dəyişikliyinin qlobal problemə çevrildiyi bir vaxtda belə
bir beynəlxalq tədbiri boykot etməsi ilə Fransa dünyada azalmaqda olan nüfuzuna növbəti zərbəni vurub. Bununla bir daha
göstərib ki, özünü demokratik və hüquqi dövlət hesab etməsinin əməli fəaliyyəti ilə əlaqəsi yoxdur.
COP29 kimi bütün
dünya üçün
əhəmiyyətli olan
tədbirin Azərbaycanda
keçirilməsini Fransa
və onun tərəfində yer alan bəzi dairələrin istəməməsinin
səbəbləri də
hər kəsə məlumdur. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Fransa kimi dövlətlər
məhz ölkəmizin
bölgədə və
dünyada gündən-günə
artan nüfuzuna görə narahatdırlar.
Ölkəmizin COP29-a sədrliyini hədəfə
aldığını Fransa
hökuməti bundan əvvəl də bir sıra açıqlamalarında
bəyan etmişdi. Ancaq Azərbaycanın
COP29-a sədrliyinə bütün
ölkələr yüksək
etimad göstərərək
yekdil şəkildə
qərar veriblər. Odur ki, Fransanın
bu acizanə hərərkətləri dəyişməyəcək.
Hazırda rəsmi
Bakının COP29 çərçivəsində
həyata keçirdiyi
tədbirlər dünyanın
nüfuzlu təşkilatları
və dövlətləri
tərəfindən təqdir
olunur. Azərbaycanın
COP29-a evsahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir vaxtda Fransa
dünyanın gündəmində
yalnız bu mühüm beynəlxalq tədbiri boykot edən ölkə kimi yer almayıb.
Fransa hökumətinin
müstəmləkə siyasətindən
cana doymuş kanak xalqının müstəqillik mücadiləsi
davam edir. Hər zamankı kimi, insan hüquqlarını,
beynəlxalq hüququ
heçə sayan Fransa isə müstəmləkəçilik siyasətini davam etməkdə israrlıdır.
Görünən odur
ki, həmin ölkənin yüz illərdir ki, apardığı bu siyasəti Emmanuel Makron hökuməti daha sərt və kəskin şəkildə həyata
keçirməkdədir. Bu
səbəbdən indi
də paytaxt Parisdən 17 000 km uzaqlıqdakı Yeni Kaledoniyada yerli əhalinin gününü
qara edib.
Yeni Kaledoniyanın
xarici işlər naziri Mickael Forrest mayın 24-də Fransanın "L`Humanite"
jurnalında dərc olunan müsahibəsində
bildirib ki, Kanaki - Yeni Kaledoniya
1986-cı ildən BMT-nin
dekolonizasiya edilməli
olan ərazilər siyahısında yer alır. Mickael Forrest hər il Birləşmiş Millətlət Təşkilatı
(BMT) Baş Assambleyasının
Yeni Kaledoniya, həmçinin Fransız
Polineziyasının dekolonizasiyası
ilə əlaqədar
qətnamələr qəbul
etdiyini diqqətə çatdırıb. BMT Yeni
Kaledoniyadakı vəziyyəti
tənzimləyən Numea
Sazişinə görə
bu prosesi yaxından izləməlidir.
BMT-nin Dekolonizasiya
üzrə Xüsusi Komitəsinin (C-24) dəvəti
ilə Venesuelada bu günlərdə baş tutmuş regional tədbirində iştirakını qeyd edən xarici işlər naziri Yeni Kaledoniyada baş vermiş iğtişaşlar barədə
tədbir iştirakçılarını
məlumatlandırdığını, vəziyyətin yerində
düzgün qiymətləndirilməsi
üçün Yeni Kaledoniya Hökumətinin
C-24-dən əraziyə missiya
göndərməsini xahiş
etdiyini deyib. Bildirib ki, 2015-ci ildən bəri 9 belə missiya təşkil olunub. O, Fransa dövləti tərəfindən təşkil
edilən seçki saxtakarlığını pislədiklərini
nəzərə çatdırıb.
Yeni Kaledoniyanın
xarici işlər naziri Fransa Metropoliyasından
insanların kütləvi
şəkildə gətirilməsinin
seçkilərin saxtalaşdırılması,
yerli kanak xalqının sıxışdırılması
ilə nəticələndiyini
bildirib.
Mickael Forrest Fransanın beynəlxalq hüququ pozduğunu diqqətə çatdırıb,
Kanaki-Yeni Kaledoniya məsələsinin Fransanın
daxili işi olmadığını deyib.
Bildirib ki, Yeni Kaledoniyanı dəstəkləyən parlament
üzvləri ilə görüş keçirmək
üçün Avropaya
səfər edəcək.
Onu da qeyd
edib ki, hazırda Yeni Kaledoniyada davam edən proseslərlə bağlı Sakit Okean Adaları Forumu, Papua-Yeni Qvineya, Melaneziya Təşəbbüs Qrupu
və digər ölkələr, beynəlxalq
qeyri-hökumət təşkilatları
və beynəlxalq ictimaiyyət tərəfindən
dəstək göstərilir.
Yeni Kaledoniya və Azərbaycan arasındakı münasibətlərə
dair verilən suala cavabında isə Mickael Forrest nəzərə çatdırıb ki, Yeni Kaledoniya Hökumətinin heç bir ölkə ilə problemi yoxdur. Azərbaycan Qoşulmama Hərəkatının
sədri olub. Hərəkat hər zaman bizi dəstəkləyib
və bizim orada müşahidəçi
statusumuz var.
Fransanın Sakit
okeanda yerləşən
Yeni Kaledoniyadakı müstəmləkəçilik siyasəti, Emmanuel Makronun demokratiyaya zidd davranışları dünyanın bir sıra nüfuzlu media orqanlarında da tənqid olunur. Böyük Britaniyanın "Daily Express" nəşrinin yaydığı
məlumatda bildirilib ki, Gürcüstan xalqı küçələrə
axışarkən Makron
bunu alqışlamışdı.
Lakin eyni zamanda o, Yeni Kaledoniya kimi kiçik bir ölkədə yerli əhalinin öz hüquqları və müstəqillik uğrunda
nümayişlərini hərbi
güc tətbiqi ilə dayandırmaq üçün mindən
çox hərbçi
yollayıb. Həmçinin
Emmanuel Makronun guya Yeni Kaledoniyadakı
gərginliyin səbəbi
kimi Azərbaycanı ittiham etməsi "qəribə" adlandırılıb,
Parisin anti-Azərbaycan
mövqeyinin 17 000 km uzaqlıqdakı müstəqillik
mübarizəsi ilə
heç bir əlaqəsi olmadığı,
daha çox Fransanın daxili siyasəti ilə bağlı olduğu qeyd edilib. Azərbaycan
və Ermənistan münaqişəsində rəsmi
Paris açıq şəkildə
Ermənistanı dəstəkləyib.
Fransanın anti-Azərbaycan
mövqeyinin əsas səbəbi də yazıda bildirilir: "Ona görə ki, Fransada bir
milyona qədər erməni yaşayır və Makron seçkilərdə onların
səsini istəyir".
Fransanın müstəmləkəçiliyinin
qanlı tarixindən bəhs edilən xəbərdə həmçinin
Emmanuel Makronun müstəmləkəçilik məqsədilə addım
atmaq, qərarlar qəbul etmək ehtiyacı patriarxal imperializm adlandırılıb.
İmperiyalar dövrünün
bitdiyini, artıq fransız qanunvericilərinin
davamlı olaraq başqalarında günah
axtarmaqdansa, yerli əhalini dinləməsinin
vaxtı çatdığını
yazan Nigeriyanın
"Blueprint" nəşri
onu da diqqətə
çatdırıb ki,
bu açıq-aşkar
yeni müstəmləkəçiliyə
görə Fransanın
öz vətəndaşları
belə utanır, Parisdəki etiraz aksiyalarında kanakların
müstəqillik bayrağı
dalğalanır. Bu reallıqlara daha çox diqqət yetirmək, Fransanın yayındırıcı taktikasına
aldanmamaq lazım olduğu da qeyd edilib: "Hər şeyi xarici müdaxilənin üstünə atmaq kanak xalqının iradəsini inkar edir ki, bu
da müasir Fransada müstəmləkə
təfəkkürünün davam etməsinin başqa bir nümunəsidir. Yeni Kaledoniyadakı əsl xarici müdaxilə, neokolonial parislilər tərəfindən qaydaların
kinli manipulyasiyasıdır".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
26 may, № 110.- S.14.