Füsunkar təbiəti,
təmiz havası ilə hər kəsi özünə heyran qoyan Şuşa
ötən gün daha bir qayıdış
karvanına qucaq açıb. Bu mərhələdə şəhərə
32 ailə, 125 nəfər
qayıdıb.
Şuşalılar uzun
illərdir həsrətini
çəkdikləri torpaqlarına
sevinc və qürur hissi ilə dönürlər.
Müasir şəhərsalma
qaydalarına uyğun
plan əsasında bərpa edilən şəhərin yeni yaşayış binaları
ənənəvi memarlıq
üslubunda inşa olunur. Prezident İlham Əliyev tərəfindən Şuşada
2021-ci ildə təməli
qoyulan 23 binadan ibarət birinci yaşayış kompleksi
28-i birotaqlı, 195-i ikiotaqlı,
190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si
beşotaqlı olmaqla
450 mənzildən ibarətdir.
Burada sakinlərin yaşaması üçün
bütün şərait
yaradılıb.
Şuşanın bərpası
istiqamətində indiyədək
çoxsaylı layihələr
həyata keçirilib.
Belə ki, Molla Pənah Vaqifin məqbərəsi yenidən qurularaq əzəli görkəminə
qaytarılıb, Üzeyir
bəy Hacıbəylinin
heykəli qoyulub, Bülbülün ev-muzeyi,
habelə Rəsm Qalereyası və Xalçaçılıq Qalereyası, "Yuxarı
Gövhər ağa",
"Saatlı", "Mamayı"
Mehmandarov məscidləri
və Mehmandarovun evi bərpa edilib. Şəhərdə
artıq dörd mehmanxana da fəaliyyət
göstərir.
Şuşada dini
və mədəni abidələrin bərpası
davam edir. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən
layihələr ictimaiyyət
tərəfindən rəğbətlə
qarşılanır.
Şuşada 3,7 hektara
yaxın sahədə
inşa edilən xəstəxananın tikintisi
də davam etdirilir. Bina 4-ü dördmərtəbəli, 2-si isə
birmərtəbəli olmaqla
6 korpusdan ibarətdir.
İnşası davam
edən obyektlərdən
biri də üçmərtəbəli və
960 şagird yerlik məktəbdir. Habelə Xan Şuşinski, Əbdürrəhman bəy
Haqverdiyev, İsmayıl
bəy Səfibəyov,
Xudadat bəy Məlik-Aslanov, Cabbar bəy Vəlibəyov, Yusif Vəzir Çəmənzəminli, Cavad
bəy Məlik-Yeqanov,
Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu və Soltan bəy Vəlibəyov kimi görkəmli şəxsiyyətlərin təhsil
aldıqları Şuşa
Realnı Məktəbi
də bərpa olunur.
Beləliklə, mədəniyyət
beşiyimiz olan Şuşada artıq 90 ailənin, 349 nəfərin
daimi məskunlaşması
təmin edilib. Qayıdış karvanlarının
baş tutduğu bütün şəhər
və kəndlərdə
olduğu kimi, Şuşada da məşğulluq məsələləri
həll olunur.
Məcburi köçkünlük
həyatından sonra artıq 1876 ailə - 7318 nəfər əzəli yurduna qovuşub. İndiyədək 175 ailə
(871 nəfər) Zəngilan
rayonunun Ağalı kəndinə, 20 ailə
(90 nəfər) Tərtər
rayonunun Talış kəndinə, 493 ailə
(1838 nəfər) Laçın
şəhərinə, 822 ailə
(3132 nəfər) Füzuli
şəhərinə, 217 ailə
(823 nəfər) Laçın
rayonunun Zabux kəndinə, 59 ailə
(215 nəfər) Laçın
rayonunun Sus kəndinə, 90 ailə
(349 nəfər) Şuşa
şəhərinə qayıdıb.
Bundan sonra da neçə-neçə
şəhər və
kəndlərimiz doğma
sakinlərinə qovuşacaq.
Mənfur düşmənin
uzun illərdir bu torpaqlarda qoyduğu dərin "iz"i silmək asan olmasa da,
qüdrətli dövlətimiz
qısa müddət ərzində bunun da öhdəsindən layiqincə gəlir.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.-
26 may, № 110.- S.15.