AğdamdaQəhrəmanlığın Şəhriyar zirvəsifilminin təqdimatı

 

Ağdam Muğam Mərkəzində 44 günlük Vətən müharibəsi şəhidi Quliyev Şəhriyar Nəsib oğlunun xatirəsinə həsr olunmuşQəhrəmanlığın Şəhriyar zirvəsifilminin təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra film nümayiş olunub.

Çıxış edənlər şəhid Şəhriyar Quliyevin keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs ediblər. Məlumat verilib ki, Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 150-ə yaxın erməni əsgər zabitini məhv edib.

Oktyabrın 23-də Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Şəhriyar Quliyev ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamları iləQarabağordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görəXocavəndin azad olunmasına görəmedalları ilə təltif edilib.

Tədbirin gedişində Şəhriyar Quliyevə həsr olunmuş şeirlər səsləndirilib, Ağdam Musiqi KollecininQarabağinstrumental ansamblının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri kompozisiyalar təqdim edilib.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2024.- 26 may, ¹ 110.- S.15.