Şuşada
Memarlar İttifaqının
plenumu keçirilib
Şuşa şəhərində
Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı
və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı Xüsusi nümayəndəliyinin
dəstəyi ilə Azərbaycan Memarlar İttifaqının İdarə
heyətinin “Qarabağda
və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri”
mövzusunda yaz plenumu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin birinci günü Azərbaycan Memarlar İttifaqının nümayəndə
heyəti üçün
Şuşa şəhəri
Dövlət Qoruğu
tərəfindən Şuşa
şəhərinin tarixi
məhəllələrinə ekskursiya və bərpa edilmiş tarixi abidələrlə tanışlıq təşkil
olunub.
Plenumun ikinci günü, mayın 25-də
Azərbaycan Respublikası
Prezidentinin Şuşa
rayonu üzrə xüsusi nümayəndəsi
Aydın Kərimov Azərbaycan
Memarlar İttifaqının
İdarə heyəti
üzvlərindən bir
qrupu ilə görüşüb. O, görüşdə
Azərbaycan Memarlar İttifaqının plenumunun
ilk dəfə olaraq Azərbaycanın mədəniyyət
paytaxtı Şuşada
keçirildiyini qeyd edib və bu
tədbirin Qarabağ bölgəsində memarlığın
inkişafına töhfə
verəcəyinə əminliyini
ifadə edib.
Görüş zamanı
Azərbaycan Memarlar İttifaqının İdarə
heyətinin sədri Elbay Qasımzadə plenumun keçirilməsi üçün yaradılan
şəraitə görə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə
və onun Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimova
Azərbaycan memarları
adından minnətdarlığını
bildirib.
Görüsdən sonra “Şuşa” Konqres Mərkəzində Azərbaycan
Memarlar İttifaqının
İdarə heyətinin
plenumu işə başlayıb.
Tədbirin əvvəlində,
iştirakçılar və
qonaqlar Azərbaycan Memarlar İttifaqı tərəfindən təşkil
olunmuş “Qarabağ və Şərqi Zəngəzurda tarixi abidələr” adlı sərgi ilə tanış olublar. Sərgidə işğaldan
azad olunmuş ərazilərdə bərpa
edilmiş tarixi-memarlıq
abidələri, onların
bərpadan əvvəlki
və sonrakı vəziyyətləri nümayiş
olunub.
Plenumda Memarlar İttifaqının İdarə
heyətinin üzvləri,
Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi
Aydın Kərimov, mədəniyyət nazirinin
müavini Murad Hüseynov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı
direktoru Övsət Həmidov, Xankəndi şəhərində, Ağdərə
və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
İcraçı direktoru
Telman Kərimli, Cəbrayıl Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı
məsləhətçisi Yalçın Məmmədov
və böyük məsləhətçi Nərgiz
Qaracayeva, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin
məsləhətçisi Faiq Hacıyev, Şuşa şəhəri
Dövlət Qoruğunun,
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
nümayəndələri, Milli Elmlər Akademiyasının Memarlıq
və İncəsənət,
habelə Arxeologiya və Antropologiya institutlarının əməkdaşları
iştirak ediblər.
Tədbiri açan
Azərbaycan Memarlar İttifaqı İdarə
heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Şuşada
belə tədbirin təşkili qürurverici
haldır. Uzun illər həsrətində
olduğumuz Şuşamızda
həyatın dirçəlməsini,
bərpa və yenidənqurma işlərinin
miqyasını və
səviyyəsini görərkən
fərəh hissi keçirməmək mümkün
deyil. O, plenumda Qarabağda və Şərqi Zəngəzurda
tarixi abidələrin
qorunub saxlanması problemləri kimi çox aktual mövzuya həsr olunmuş məruzələrin,
mövzu ətrafında
maraqlı çıxışların
dinləniləcəyini qeyd
edib.
Azərbaycan Prezidentinin
Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın
Kərimov Memarlar İttifaqı İdarə
heyətinin plenumunun iştirakçılarını və qonaqları salamlayaraq, plenumun işində onlara müvəffəqiyyətlər arzulayıb.
Sonra gündəlik
üzrə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Memarlar İttifaqının
1-ci katibi, Əməkdar
memar, professor Gülçöhrə Məmmədova
“Qarabağın və
Şərqi Zəngəzurun
memarlığı” mövzusunda
məruzə ilə çıxış edib.
Ardınca Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Memarlar İttifaqının
İdarə heyətinin
üzvü, Əməkdar
memar, professor Səbinə Hacıyevanın
“İşğaldan azad
edilmiş ərazilərdə
memarlıq abidələrinin
vəziyyəti. Problemlər
və onların həlli yolları” adlı məruzəsi dinlənilib. Məruzə
slaydlarla müşayiət
olunub.
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi sədrinin müavini, Memarlar İttifaqının katibi,
Əməkdar memar, Memarlıq üzrə fəlsəfə doktoru İlqar İsbatov “Qarabağda və Şərqi Zəngəzurda
şəhərsalma siyasətinin
nəticələri və
inkişaf istiqamətləri”
mövzusunda geniş məruzə ilə çıxış edib.
AMEA-nın Arxeologiya
və Antropologiya İnstitutunun direktoru, Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qarabağ və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar” mövzusunda
məruzə edib.
Gündəlik üzrə
növbəti məruzə
“Qarabağ və Şərqi Zəngəzur
regionlarındakı tarix
və mədəniyyət
abidələrinə qarşı
erməni vandalizmi” mövzusuna həsr olunub. “Azərbaycanın İşğal Olunmuş
Ərazilərindəki Tarix
və Mədəniyyət
Abidələrini Müdafiə
Təşkilatı” İctimai
Birliyinin sədri, Azərbaycan Memarlar İttifaqının İdarə
heyətinin üzvü,
Beynəlxalq Memarlıq
Akademiyasının Moskva
bölməsinin Fəxri
üzvü Faiq İsmayılovun çıxışı
maraqlı faktları əhatə edən slaydlarla müşayiət
olunub.
AMEA-nın Memarlıq
və İncəsənət
İnstitutunun “Memarlıq
abidələrinin qorunması
və bərpası problemləri” şöbəsinin
müdiri, Memarlıq üzrə fəlsəfə
doktoru, dosent Rahibə Əliyeva “Erməni vandallarının
Qarabağda olan xristian abidələrini özününküləşdirməsi” mövzusunda çıxış
edib, mövzu üzrə müvafiq şəkillər nümayiş
olunub.
Cəbrayıl, Qubadlı
və Zəngilan rayonlarında Azərbaycan
Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük
məsləhətçi Nərgiz
Qaracayeva Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında işğal zamanı dağıdılan tarixi abidələr haqda məlumat verib.
Çıxışlar ətrafında müzakirələr
aparılıb, bir çox maraqlı fikirlər söylənilib,
işğaldan Azad edilmiş ərazilərdə
Böyük Zəfərimizdən
sonrakı 3 il ərzində şəhər
və qəsəbələrimizdə
aparılan genişmiqyaslı
tikinti-quruculuq və abadlıq işlərində
əldə edilmiş
nailiyyətlər yüksək
qiymətləndirilib.
Sonda plenumun qətnaməsinin layihəsi
oxunub, səsə qoyulub və qəbul edilib. Plenumun qətnaməsinin aidiyyəti üzrə müvafiq dövlət qurumlarına göndərilməsi
tövsiyə olunub.
Azərbaycan.-2024.-
26 may, ¹ 110.- S.15.