“Paris razılaşmasının”
qəbul edildiyi ölkə tərəfindən
Azərbaycana qarşı
atılan addım özünüinkardır
Azərbaycan dövləti
siyasi gündəliyində
sadəcə daxili, lokal məsələləri
deyil, həm də xarici və qlobal problemləri də aktiv saxlayır. Dövlətimiz xalqımızın
xislətinə və
simasına uyğun olaraq bəşəri problemlərə biganə
qalmır, bu istiqamətdə silsilə
addımlar ataraq qlobal problemlərin həllində yaxından iştirak edir, sadəcə müşahidəçi
və iştirakçı
statusu ilə kifayətlənməyərək həm də təşəbbüskar qərarlar
alır. Məhz elə bunun nəticəsidir ki, ölkələrin yekdil qərarı ilə Azərbaycanın COP29-a ev
sahibliyi qəbul edilib. Şübhəsiz ki, bu, Azərbaycana
göstərilən yüksək
etimadın təzahürü
olmaqla yanaşı, dövlətimiz bunu bir tərəfdən də əməkdaşlığı
möhkəmləndirmək, mövcud və potensial baryerləri aşmaqda önəmli bir fürsət pəncərəsi kimi dəyərləndirdi. Fransa
bu yekdil qərarı da, etimadı da dərk etməli, öz yıxıcı siyasətinin əksinə
olaraq Azərbaycanın
qurucu istiqamətdə
həyata keçirdiyi
siyasətinin təqdir
edildiyini həzm etməlidir. Rəsmi Paris öz məkrli siyasətindən dönməyərək
bu məsələdə
də Azərbaycanın
əleyhinə addımlar
atır. Üstəlik
o məsələdə Fransanın
kininin həddi, miqyası və boyu özünü aşaraq Azərbaycanı
boykot etməklə, əslində, iqlim dəyişikliyi sahəsində
ümumdünya səviyyəsində
aparılan işlərə
zərbə vurur.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova səsləndirib.
O deyib ki, Paris Şəhər Şurası
tərəfindən Azərbaycanın
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibliyini boykot etməsi barədə aldığı qərar heç bir məntiqə sığmadığı
kimi, “Paris razılaşmasının”
qəbul edildiyi bir şəhər tərəfindən atılan
bu addım son dərəcə absurd olmaqla yanaşı, həm də özünüinkardır.
Dövlətlərarası münasibətlər, bəşəri
dəyərlər, beynəlxalq
razılaşmalara və
beynəlxalq hüquqa
hörmətsizliyi bariz
şəkildə nümayiş
etdirmək Fransa üçün artıq norma hal alıb.
Azərbaycana qarşı
atılan addımların
davamlı xarakter alması fonunda Fransanın siyasətindən
məsul şəxslərin
də COP29 sədrliyimizi
hədəf alması
ilk həmlə deyil. Daha əvvəl
də Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən
aprelin 16-da verilən açıqlamada bu istiqamətdə gur çağırışlar edilirdi.
Avropa və xarici işlər naziri Stefan Sejurnenin
də verdiyi açıqlama COP29 sədrliyinə
tuşlanan “zəhərli
oxlar”dır, desək yanılmarıq.
“Təhlükəli tendensiya, daha da acınacaqlısı Fransanın miskin durumunun təzahürü
odur ki, bütövlükdə bəşəriyyəti
narahatlığa qərq
edən, təlatümə
sürükləyən iqlim
dəyişikliyi probleminin
həllinə töhfə
verən addımlara dəstək vermək əvəzinə onları
siyasiləşdirir. Beynəlxalq
qurumları, təsisatları,
hətta ayrı-ayrı
dövlətləri bir
araya gətirərək
Azərbaycana qarşı
qərar və qətnamələrin alınmasına
cəhd göstərilməsini
də yaxşı xatırlayırıq. Fransa
Azərbaycanın siyasətinə
qarşı atılan
bütün addımlarla
qruplaşma yaratmaq, bu qruplaşmanın zirvəsində qərarlaşmaqdan
əl çəkməməkdə
israrlıdır. Bu qədər radikallığın
səbəbini axtararkən
yenə də onu nəinki özümüzdə, heç
kimdə deyil, məhz Fransanın özündə tapırıq.
Rəsmi Bakının
COP29 çərçivəsində atdığı addımlara,
aldığı qərarlara,
planetin ekoloji təmizliyinin qorunması,
“yaşıl enerji”yə keçidlə
bağlı irəli sürdüyü beynəlxalq
təşəbbüslərə biganə qalan Fransanın bu cür reaksiyasının səbəbi həm də son vaxtlarda
onun xarici siyasətində yaşadığı
uğursuzluqlarla bağlıdır.
Fransa bu kimi addımlarla Afrika qitəsində, dənizaşırı bölgələrində
onun əleyhinə baş verən iğtişaşlardan fokusu
yayındırmaq, problemləri
ört-basdır etmək
istəyir”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə
görə, Fransanın
bu bölgələrdə
də, digər ərazilərdə də
yürütdüyü siyasətindən,
aldığı qərarlardan
bütün dünya xəbərdardır. Şəbnəm
Həsənova əminliklə
bildirib: “Fransanın zəhəri axırda özünü boğacaq,
nüfuzunu isə yerdə süründürəcək.
Mövcud Fransa hökumətinin daxili və xarici siyasətinin qüsurlu olması məlumdur. Fransanın bu kimi destruktiv addımlardan çəkinməsi
kifayətdir ki, bütövlükdə bəşəriyyət
üçün faydalı
olsun”.
Azərbaycan.-2024.-
26 may, ¹ 110.- S.16.