Fatih
Birol: COP29 üzrə
danışıqlar təmiz
enerjiyə investisiyaların
həcmini artırmağa
kömək etməlidir
COP29 iqlim sammiti
ərəfəsində qlobal
danışıqlar son
10 ildə dəyişməz
qalan investisiyaların
təmiz enerjiyə ayrılan payını artırmağa kömək
etməlidir.
AZƏRTAC “Bloomberg”ə
istinadla xəbər verir ki, bu
barədə Beynəlxalq
Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib.
O vurğulayıb ki,
kasıb ölkələrin
qlobal istiləşmə
ilə mübarizəsinə
kömək üçün
maliyyənin artırılması
və bu pulun onların arasında necə paylanacağı ilə bağlı müzakirələr
davam edir.
"Noyabr ayında
Bakıda keçiriləcək
COP29 konfransı ərəfəsində
ölkələr iqlim
proqramlarının illik
maliyyələşdirilməsinin yeni detallarını hazırlayırlar ki, bu da ən
azı yüz milyard dollar təşkil edəcək.
Bu mövzu BMT səviyyəsində mübahisələrə
səbəb olub, çünki 2009-cu ildə
qarşıya qoyulan və yoxsul ölkələrə 2022-ci ilə
qədər ildə
100 milyard dollar ayırmağı nəzərdə
tutan əvvəlki iqlim maliyyələşdirmə
hədəfə nail olunmayıb", - deyə
Birol qeyd edib.
BEA rəhbəri qeyd
edib ki, ekoloji təmiz enerjiyə qlobal investisiyalar əhəmiyyətli
dərəcədə artır,
lakin inkişaf etməkdə olan ölkələrə ayrılan
vəsaitlərin həcmi
2015-ci ildən bəri
ümumi məbləğin
15 faizi səviyyəsində
dəyişməz olaraq
qalır. Hazırda bu məbləğ təxminən 250 milyard dollar təşkil edir.
"Odur ki,
fikrimcə, məhz bu, iqlim hədəfimizə nail olmaq yolunda
bir qırılma xəttidir. Bu, Azərbaycandan və digər ölkələrdən
olan həmkarlarımızla
yüksək səviyyəli
dialoqda əsas mövzu olacaq", - deyən Fatih Birol əlavə edib ki, maliyyələşmə
əsas məsələdir.
Azərbaycan.-2024.-
26 may, № 110.- S.16.