"21 igidin
dastanı"nın baş
qəhrəmanı
Azərbaycan Silahlı
Qüvvələrinin mayoru
Tamerlan Rəşidli haqqında onunla birlikdə qəhrəmanlıq
yolu keçmiş qazilərimizdən eşitmişdim.
Söyləmişdilər ki,
Tamerlan döyüşlərdə öz igidliyi ilə onlara örnək olub.
Həmsöhbət olduğum
qaxlı qazilərin
hər biri qürur və minnətdarlıqla "O çətin
sınaq dövründə, o ölüm-dirim
günlərində Tamerlan
bizə təkcə komandir deyil, həm də qardaş idi. Bizi həmişə qoruyur, öndə özü gedirdi. Qorxmaz, həm də peşəkar hərbçidir. Müharibədən
sağ-salamat qayıtdığıma
görə ona minnətdaram" deyirdi.
Bu günlərdə
isə igid zabitimizin özü ilə də həmsöhbət olduq. Birinci Qarabağ müharibəsinin qızğın
çağlarında dünyaya
gələn Tamerlanın taleyinə 44 günlük Vətən müharibəsində vuruşmaq,
işğal olunmuş
torpaqlarımızın azad
edilməsi uğrunda döyüşmək
yazılıbmış. Belə
ki, Qax şəhər
2 saylı məktəb-liseyin
səkkizinci sinfində
oxuyanda atasına hərbçi olmaq arzusunu bildirir. Evin tək oğlu
olduğu üçün
valideynləri onu bu fikirdən daşındırmaq istəyirlər.
Lakin yeniyetmə Tamerlan qərarında qəti idi. 2007-ci ildə Cəmşid Naxçıvanski adına
hərbi liseyə,
2010-cu ildə isə Azərbaycan Ali Hərbi Məktəbinə
qəbul olunur. Ali Hərbi Məktəbi kəşfiyyatçı
kimi başa vuran leytenant T.Rəşidli 2014-cü ildən
Milli Ordunun Goranboy-Tərtər hərbi
hissəsində xidmətə
başlayır. Hərbi
biliklərə mükəmməl
yiyələnən gənc
zabit tabeliyindəki əsgərlərə təlim-məşqlərdə
bir kəşfiyyatçının
bilməli olduğu əsas qaydaları öyrədir. Hər dəfə də onlara "Yadınızda saxlayın, biz torpaqlarımızı azad
etməliyik. Görünür
ki, bu, müharibə
yolu ilə mümkün olacaq. Onda biz kəşfiyyatçılar
öndə gedəcəyik.
Ona görə diqqətli və cəsarətli olmalıyıq.
Kiçicik bir səhv böyük məğlubiyyətə bərabərdir"
deyir.
Beləcə, baş
leytenant, kəşfiyyat
bölməsinin rəis
müavini Tamerlan Rəşidli gələcək
qələbəmizin qorxmaz
kəşfiyyatçılarını hazırlayır. 2016-cı ilin
Aprel döyüşləri
ordumuzun əsgər və zabitlərinə ilk sınaq olur. Bu dördgünlük
müharibədə T.Rəşidli
öz kəşfiyyat
bölüyü ilə
döyüşür. Ordumuzun
ilk uğuruna imza atanlardan biri olan Tamerlan
bu döyüşdə
ağır yaralanır.
Düşmənə tutarlı Aprel mesajından sonra ordumuzun əsgər və zabitləri orden və medallarla mükafatlandırılırlar.
Göstərdiyi igidliyə
görə baş leytenant Tamerlan Rəşidli "Vətənə
xidmətə görə"
III dərəcəli medalla
təltif olunur. Yarası sağalan kimi yenidən xidmətini davam etdirən həmyerlimiz
2017-ci ildə "Xidmətdə
fərqlənməyə görə"
II dərəcəli, 2018-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik
yubileyi medallarına layiq görülür.
2019-cu ildə isə ona vaxtından iki il əvvəl
kapitan rütbəsi verilir.
Artıq elə
bir vaxt gəlmişdi ki, Azərbaycanın çox
güclü ordusu olduğunu bütün dünya görürdü.
Lakin erməni vandalları bu həqiqəti görmək
istəmirdi. 2020-ci ilin
sentyabrında düşmən
növbəti təxribata
əl atır və bu, səbrimizi daşıran son damla olur.
Hər şeyi öz vaxtında, harada və necə etməli olduğunu yaxşı bilən Prezidentimiz, Ali Baş Komandan
İlham Əliyev sentyabrın 27-də əks-hücum
əmrini verir. Döyüşə öndə
kəşfiyyatçılarımız gedir. Kapitan Tamerlan Rəşidlinin kəşfiyyat qrupu Tərtər-Suqovuşan istiqamətində
döyüşə girir.
Ağır yaralanan komandir Rəşidli meydanı tərk etmir. Əsgərləri də ondan geridə
qalmamağa çalışırlar.
21 nəfər idilər,
hamısı da Tamerlanın yetirmələri.
Komandirin yaralı halda döyüşməsi
bölüyün əsgərlərini
daha cürətli və qorxmaz etmişdi. Cəbhəni ilk yaran da
məhz Tamerlanın kəşfiyyat qrupu olur. 3 dost - salyanlı
Əjdər Dadaşov,
goranboylu Qurban Cahangir və tərtərli Ayşad Əzizov Tamerlan Rəşidlini əvəz
edirlər. Cəbhənin
yarılmasında öndə
gedən bu üç dost şəhid
olur. Vətən müharibəsinin ilk şəhidləri olan üç dostun qəhrəmanlığı ağızdan-ağıza
gəzir.
- 21 igidimdən 4-ü şəhid olmuş, qalanların hamısı yaralanmışdı. Qələbə
qurbansız olmur. Vətən sağ olsun təki!, - deyir qəhrəman
zabitimiz və söhbətinə davam edir:
- Təvazökarlıqdan uzaq olsa da,
deyəcəyəm. Doğrudan
da, əsgər və zabitlərimizin 44 günlük Vətən müharibəsindəki şücaəti
kitablara sığmaz.
Elə mənim 21 dostumun da. Hərəsi
igidliyi ilə bir tarix yazdı.
Tez-tez qəlbimdə və beynimdə bir dastan vərəqlənir
- "21 igidin dastanı"...
Tamerlan qələbədən
sonrakı dövrdən
də danışır.
Deyir ki, erməni vandalları yenə də vaxtaşırı təxribatlar
törədirdi:
- 2022-ci ilin mart
ayında erməni təxribatına cavab olaraq Milli Ordunun
keçirdiyi "Fərrux
əməliyyatı"ndan danışmaq istərdim.
Burada bir daha şahid olduq ki, bizim
- Azərbaycan Ordusunun
qabağında kimsə
dayana bilməz! 2022-ci
il sentyabrın 12-də
Laçın dövlət
sərhədində ermənilərin
təxribatının qarşısı
bir gecədə - sentyabrın 12-dən 13-nə keçən
gecə alındı.
Həmin gün bir şəhidimiz oldu. Lakin erməni
cəlladlarına yaxşıca
toy tutduq...
2023-cü il sentyabrın
19-da başlanan, 23 saat
40 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirində də mayor T.Rəşidlinin kəşfiyyat bölüyü
düşmənlə üz-üzə
olub. Zabitimiz bu döyüşlərdə
də yaralanır, artıq üçüncü
dəfə. Əvvəl
olduğu kimi, yenə də meydanı tərk etmir...
Sol qolundan iki ağır yara alıb son döyüşlərdə.
Sarğısı hələ
də tam açılmayb. "Nə
qədər canımızda
can var, torpaqlarımıza kimsə
göz dikə bilməz! Güclü dövlət, yenilməz ordu və qüdrətli
xalq daim birlikdədir", - deyə
əlavə edir sinəsini "Qarabağ"
və "Azərbaycan
Bayrağı"ordenləri, "Laçının azad olunmasına görə",
digər medallar bəzəyən Tamerlan
Elçin oğlu Rəşidli. Vətənin
arxalandığı belə
igid oğullara mükafat da, alqış da, toy-düyün də yaraşır. Üzümüzə gələn
yay bu igid
oğlumuzun da toyu olacaq. Anası
Nəcibə xanım
o günü səbirsizliklə
gözləyir. Ana ürəyindən gələn
xeyir-dua isə təkcə Tamerlana deyil,
cəmi övladlaradır:
"Hər birinə toy qismət olsun!"
Xavər
ƏFƏNDİYEVA,
Qax rayonunda
çıxan "Şəlalə"
qəzetinin redaktoru
Azərbaycan.-2024.-
26 may, ¹ 110.- S.18.