Azərbaycan Rəngkarlığı MuzeyindəAzadlığa monumentadlı qrup sərgisi açılıb

 

Mayın 24-də YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı MuzeyindəAzadlığa monument” adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, qrup sərgisi Azərbaycanın tarixi, ictimai siyasi təcrübələrini nəzərdən keçirərək, azadlığa aparan yolun çoxtəbəqəli, travmatik qanlı olduğunu açıqlayır.

Sərginin kuratoru Fərəh Ələkbərli jurnalistlərə açıqlamasında 21 rəssamın əsərinin nümayiş olunduğunu bildirib. O, sərginin müqavimət, dekolonizasiya kimi mövzularda müxtəlif baxışları, eləcə nəsillər arasında dialoqu təqdim etdiyini qeyd edib.

F.Ələkbərli diqqətə çatdırıb ki, sərgi sentyabr ayının sonuna qədər davam edəcək. Sərgi çərçivəsində ustad dərsləri ictimai proqramlar yer alacaq.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Ekspozisiya Nazim Babayev, Kamal Əhməd, Cavad Mircavadov, Toğrul Sadıqzadə, Sirus Mirzəzadə, Şahpələng Məmmədov, Rasim Babayev, Əşrəf Murad, Məlik Ağamalov, Mir Nadir Zeynalov, Adil Şıxəliyev, Rəşad Babayev, Müseyib Əmirov, Adil Yusif, Novruz Məmmədov, Sabina Şıxlinskaya, Leyla Qabulova, Elnarə Nəsirli, Arzu Rzayev, Əmrulla İsrafilov Elturan Məmmədovun rəngkarlıq, qrafika, heykəl, həmçinin YARAT-ın sifarişi ilə hazırlanmış videoəsərlərini bir araya toplayır.

Tarixin dominant hekayələrinin kölgəsində danışılmamış hekayələr, susdurulmuş səslər basdırılmış həqiqətlər yatır. Sosializm vədi marksizm-leninizm prinsipləri əsasında qurulmuş nəhəng Sovet imperiyası XX əsrin tarixində silinməz iz qoyub. Onun utopik istəkləri avtoritar reallıqları milyonlarla insanın həyat düşüncəsini formalaşdıraraq, süqutundan sonra faciələr mirası qoyub.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, kuklaçı-rəssam Fərəh Əliyeva yaxından tanış olduğu əsərlər barədə öz təəssüratlarını bildirib: "Burada maraqlı konseptual üslubda işlənmiş, eyni zamanda, ötən əsrin 80-ci 90-ci illərin əsərləri ilə tanış oldum, çox bəyəndim. Azərbaycanda belə sərgilərin açılışlarının sayının çox olmasını ümid edirəm", - deyə F.Əliyeva vurğulayıb.

ABAD-çı rəssam İqbal Həsənəlizadə sərgidə çox möhtəşəm sənətkarların əsərlərinin nümayiş olunduğunu söyləyib. Rəssam sərgini tarixi, nəsilləri, sənətkarları birləşdirən bir nöqtə kimi ifadə edib.

Azadlığa monument” sərgisi sovetləşmə illərinin fəsadları ilə qarşılaşaraq, onun şəxsiyyətə, yaddaşa, milli kimliyə kollektiv şüura təsirini araşdırır. Sərgi keçən əsrin 70-ci illərində müstəmləkə ideologiyasına qarşı olan onun ikonoqrafiyasını alt-üst edən rəssamların yaradıcılığından ilhamlanaraq, onların müasir davamçılarını, eləcə yeni nəsil rəssamlarının dekolonizasiya mövzusuna olan refleksiyalarını qarşılıqlı dialoq şəklində təqdim edir.

Sovet dövründə nonkonformist rəssamlar rejimin ideoloji məhdudiyyətlərinə qarşı çıxmaqda bədii ifadələrin sərhədlərini aşmaqda həlledici rol oynayıblar. Bu rəssamlar Azərbaycan tarixinin mədəniyyətinin mürəkkəbliyi ilə mübarizə aparan sovet hegemonluğu qarşısında öz irsini geri qaytarmağa yenidən şərh etməyə çalışaraq həm gizli müqavimətin həm qalibləri, həm rejimin rəqibləri idilər. Onlarla dialoqda çıxış edən müasir rəssamların fotoqrafiya, video instalyasiya əsərləri sosialist ritorikasının ziddiyyətlərini, onun milli mənsubiyyət, yerli mədəniyyət ənənələrə dair münasibətini tənqidi şəkildə araşdırırlar.

YARAT-ın sifarişi ilə hazırlanmış əsərlərdə isə ədalətsizliklərin travması, fərdi kollektiv yaddaşa olan davamlı təsirləri araşdırılır.

Sənətsevər qonaqlarınAzadlığa monument” sərgisi ilə tanışlığından sonra möhtəşəm konsert proqramı təqdim edilib.

Vizual görüntülərin müəllifi Aydan Dəvəli olan konsertdə gənc, istedadlı musiqiçilər Edqar Ravin, İlkin Dövlətov (muğam), Elşən Qəribov (kamança) Emin Bayramovun (gitara) bir-birindən maraqlı ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sərgi sentyabrın 29-dək davam edəcək.

 

Azərbaycan.-2024.- 26 may, ¹ 110.- S.19.