Müstəqillik Gününün Xocalı qüruru

 

 

Tarix 10 fevral, 2011-ci il.

Prezident İlham Əliyev Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında iştirak edir. Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Sədaqət Ağayarovanın evində olan dövlət başçısı səmimi söhbət əsnasında deyir: "Mən həmişə demişəm ki, bunlar müvəqqəti məskunlaşma yerləridir. Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir... Mən şübhə etmirəm əminəm ki, siz Xocalıya qayıdacaqsınız".

Tarix 28 may, 2024-cü il.

Prezident İlham Əliyev 32 illik həsrətdən sonra Xocalı şəhərinə köçən sakinlərlə görüşdə deyir: "Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün gəldi".

Cəmi 13 ildən sonra...

İlham Əliyevin Goranboyda əminliklə söylədiyi həmin fikirlər təsdiqini tapdı.

32 il yurd həsrəti ilə alışıb yanan Xocalı sakinlərinin arzuları, xəyalları gerçəkliyə çevrildi.

Mayın 28-də, Müstəqillik Günündə Xocalıya qayıdış reallaşdı.

Bu ikiqat sevinc hissləri təkcə xocalılıları deyil, hər bir azərbaycanlının ürəyini dağa döndərdi, hər kəsi qürurlandırdı.

Sözü imzası qədər keçərli olan, nəyi zaman edəcəyini çox yaxşı bilən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın nələrə qadir dövlət olduğunu dünyaya nümayiş etdirdi.

Qarabağ Şərqi Zəngəzuru yenidən quran Prezidentin bayram günündə növbəti töhfəsi Xocalı sakinləri ilə görüş oldu.

İki il əvvəl - 2022-ci ilin  Müstəqillik Günündə Ağalıda, 2023-cü il mayın 28-də  Laçında yerli sakinlərlə görüşən İlham Əliyevin bu il həmin gündə Xocalıda olmasının rəmzi mənası vardı.

Artıq Azərbaycan ictimaiyyəti illərdir bir reallığa şahidlik edir ki, bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirən qurucu, xilaskar lider əlamətdar günləri yalnız xalqın arasında keçirir, mühüm xəbərlərlə müjdələyir görüləcək işlər barədə geniş məlumat verir. Prezidentin söylədikləri isə qısa zamanda reallığa çevrilir.

Azərbaycan Ordusunun keçirdiyi anti-terror əməliyyatlarından sonra azadlığına qovuşan Xocalıda cəmi 8 aydır tikinti-quruculuq işləri başlanıb. Bu qısa zamanda yaradılan şərait hər kəsdə heyrət doğurur. Azərbaycan dövləti ümumən Qarabağ Şərqi Zəngəzurda misilsiz işlər görür.

Prezident cəmi 3 ay öncə - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoymuşdu. Mayın 28-də isə artıq xocalılılar yurda qayıdır şəhər göz oxşayır.

Prezident Xocalıda yurda qayıdışın, Müstəqillik Gününün sevincini sakinlərlə paylaşdı səmimi söhbət etdi. Dövlət başçısı hər dəfə olduğu kimi burada da müjdəli xəbər verdi - Xankəndiyə Ağdama köçün başlanacağı tarixi açıqladı.

Bəlli oldu ki, Xankəndiyə ilk köçən müəllim tələbələr olacaq: "Birinci köçən tələbələr onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə gələn il insanlar qayıdacaqlar". Yəni dövlət artıq indidən Qarabağ Universitetində çalışacaq müəllimlərin, təhsil alacaq tələbələrin yüksəksəviyyəli yaşayış təminatını yaradır.

Bütün bunlar göstərir ki, İlham Əliyev Qarabağ Şərqi Zəngəzuru dünyanın ən gözəl məkanlarından birinə çevirmək üçün lazımdırsa edir. İlham Əliyev elə bir iqtisadi rayonlar qurur ki, özünün dediyi kimi, bu yerlər ilk növbədə düşmənə qarşı  çox möhkəm istehkam zonası olacaq.

Ali Baş Komandan hər zaman olduğu kimi, bu dəfə məğlub Ermənistana çıxış yolu göstərdi, bu ölkədəki revanşistlərə sərt xəbərdarlıq etdi. Bundan sonra Ermənistanın heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcəyinə əminliyini vurğulayan Prezident  dedi ki, Ermənistanda revanşistlər kifayət qədər çoxdur.  Bu ölkədəki son proseslər izlənilir görünür ki, Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri mövcuddur. Ona görə hər an hazır olmalı, ilk növbədə, ordu qruculuğu daha da gücləndirilməlidir. Dünya şahiddir ki, bu gün Azərbaycan Ordusunun yerinə yetirə bilmədiyi döyüş tapşırığı yoxdur. Ancaq Ordunun həm hərbi arsenalı, maddi-texniki bazası gündən-günə gücləndirilir, həm şəxsi heyətin döyüş ruhu daha da artırılır.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 30 may, № 112.- S.14.