Fransız
Polineziyası: kiçik
ada ölkəsinin Parisin müstəmləkəçilik
siyasətinə qarşı
müstəqillik mübarizəsi
Fransanın dənizaşırı
əraziləri hesab olunan ölkələrdə
son illər rəsmi Parisə qarşı etirazlar baş qaldırmaqdadır.
Həmin ərazilərdə
yerləşən ölkələr
artıq Fransa zülmündən xilas olmaq və müstəqil
dövlətə çevrilmək
üçün qəti
mübarizəyə başlayıblar.
Fransanın müstəmləkəçilik
siyasətindən, hüquqlarının
tapdalanmasından artıq
cana doyan yerli xalqlar öz
ölkələrində müstəqil
yaşamaq, öz müqəddəratlarını özləri müəyyənləşdirmək
istəyirlər. Müstəmləkəçiliyə
məruz qalan və müstəqillik arzusunda olan ölkələrdən biri
də Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan
ibarət Fransız Polineziyasıdır. Bu ölkə yerli dildə Maohi Nui adlandırılır. Bəs Polineziya nə vaxtdan Fransanın müstəmləkəsinə
çevrilib?
AZƏRTAC Polineziyanın tarixinə, bu ölkənin azadlıq mübarizəsinə qısa
nəzər salır.
1840-cı illərdə - Fransa-Taiti müharibəsinin
başa çatması
(1844-1847) əvvəlcə Markiz adalarında, sonradan isə Taitidə Fransanın müstəmləkə quruluşunun
tətbiqinin başlanğıcı
ilə "əlamətdar"
oldu. Taiti kraliçası IV Pomare
1843-cü ildə qurulmuş
Fransız protektoratını
nəhayət qəbul
etmək məcburiyyətində
qaldı. Bir müddət sonra - 1880-ci ildə kral V Pomare Taiti Krallığını
Fransaya verməyə razı oldu və bu razılaşma
həmin il dekabrın 30-da imzalanan qanunla təsdiqləndi. Bu qanun krallığın
bütün subyektlərinə
Fransa vətəndaşlığı
verirdi. Buradan da göründüyü kimi, Polineziyanın (Taiti Krallığı
1881-ci ildən Okeaniyanın
fransız əraziləri
(EFO), 1957-ci ildən isə
Fransız Polineziyası
adlanıb) Fransa tərəfindən işğalı
məhz həmin illərə təsadüf
edir.
Polineziyanın yerli
əhalisi səsvermə
hüququnu yalnız
1946-cı ildə əldə
edib və 1957-ci ildə ilk yerli
hökumətini qurub.
Buna baxmayaraq, 1977-ci ilədək Polineziya məktəblərində yerli
dillər tədris olunmayıb. Polineziya həm də bəzi epidemik xəstəliklərin (çikunqunya
böhranı, Denge epidemiyası) yayıldığı
ərazi kimi tanınır. Bu azmış kimi, 30 il ərzində -
1966-1996-cı illərdə Fransa tərəfindən burada 200-ə yaxın nüvə sınağı
həyata keçirilib.
Belə ki,
1966-1974-cü illərdə 46 atmosfer, 1975-1996-cı illərdə
isə 147 yeraltı sınaq həyata keçirilib. Bu sınaqlar yerli əhali və ümumiyyətlə bölgədə
ətraf mühit üçün ağır
fəsadlarla nəticələnib.
Belə ki, məhz nüvə sınaqları yerli əhali arasında xərçəng xəstəliyinin
geniş yayılmasına
səbəb olub. Fransızlar əsasən
120 kilotonluq bombalardan istifadə ediblər. Müqayisə üçün
qeyd edək ki, Xirosima və
Naqasakiyə atılan
bombaların hər biri 15-23 kiloton olub. Bundan əlavə,
nüvə sınaqları
zamanı bir sıra uğursuzluqlar da baş verib
ki, bu da
ərazidə daha geniş çirklənməyə
və ağır fəsadlara gətirib çıxarıb. Ümumilikdə
təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı
olub.
Bu gün yerli əhali hələ də şüalanmaya məruz qalan şəxslər üçün kompensasiya
tələb etsə də, Fransa hökuməti bu istiqamətdə hər hansı ciddi addım atmayıb. 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından
əziyyət çəkdiyini
rəsmən etiraf edib və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başlayıb.
Lakin Fransa dövlətinin müstəmləkəçilik
xisləti özünü
burada da göstərib. Belə ki, bədxassəli şişlərin müalicəsi
üçün təqribən
10 min nəfərə
800 milyon dollar ayrılsa da, bu təzminatdan yararlananların əksəriyyəti
əsasən fransızlar
olub. Polineziyada yerli əhalinin cəmi 63 nümayəndəsi
bu təzminatdan ala bilib. Bunun
nəticəsidir ki, adalarda xərçəng
xəstəliyindən ölənlərin
sayı kifayət qədər çoxdur.
Fransız Polineziyasının
siyasi mənzərəsi
Fransız Polineziyasının
Prezidenti parlament üzvlərinin mütləq
səs çoxluğu
ilə seçilir. Polineziya parlamenti beş il müddətinə
seçilən və
yenidən seçilmək
hüququ olan 57 üzvdən ibarətdir. Fransız Polineziyası 8 bölmədən ibarətdir.
Hər bölmənin
minimum 3 yerli təmsilçisi var. Hazırda parlamentdə təmsil olunan əsas siyasi qüvvə "Tavini Huiraatira" (müstəqillik
tərəfdarları) partiyasıdır.
Bu partiya ölkə parlamentində
38 yerə sahibdir.
"Tapura Huiraatira"
partiyası 16, bitərəflər
isə 3 deputatla təmsil olunurlar.
Müstəqillik uğrunda
mübarizə aparan
"Tavini Huiraatira"
partiyasının adı
yerli dildən tərcümədə "Yerli
xalqa xidmət etmək" mənasını
ifadə edir. "Tavini Huiraatira" 1977-ci ildə Oskar Temaru tərəfindən təsis olunub və o, indi də partiyaya sədrlik edir. Bu partiyanın əsas məqsədi Fransız Polineziyasının
müstəqilliyinin əldə
edilməsidir.
Parlamentdə mütləq
üstünlüyə sahib
olan bu partiyanın
üzvü Moetai Brotherson Fransa Polineziyasının prezidentidir.
Assambleyanın sədri
Antoni Geros isə partiya sədrinin müavinidir.
"Tavini Huiraatira"
partiyası tərəfindən
müstəqillik istiqamətində
növbəti addım
kimi Dekolonizasiya İşləri üzrə
Komissiya təsis edilib.
Partiyanın missiyası
üç prinsipə
əsaslanır: hörmət
etmək, dəstək
vermək və qurmaq. "Tavini Huiraatira" ölkənin
tarixinə, coğrafiyasına
və mədəniyyətinə
böyük önəm
verir, xüsusilə də milli kimlik
məsələsini daim
diqqətdə saxlayır.
Daim sülh çağırışları edən partiyanın bütün sosial layihələri hörmətə
və ənənəvi
dəyərlərə əsaslanır.
Onun tərəfindən
göstərilən təşəbbüslər
vətəndaşlara dəstək
göstərməkdən, onlar
arasında həmrəyliyi
gücləndirməkdən və ədalətli cəmiyyət yaratmaqdan ibarətdir. Partiya davamlı inkişafı dəstəkləmək üçün
sosial və iqtisadi strukturları gücləndirmək istiqamətində
mütəmadi görüşlər,
əsas hədəflərdən
biri olan gənclərlə iş,
təhsil və innovasiya mövzularında
seminarlar təşkil
edir.
Ölkədə partiyaya
bağlı 8 deputatdan
ibarət "Tavini Huiraatira" qrupu da fəaliyyət göstərir. Hazırda qrup Səhiyyə, həmrəylik və məşğulluq komitəsinin
üzvüdür. Qrupun
əsas fəaliyyət
istiqamətləri nüvə
silahları, ətraf mühit, nəqliyyat, turizm, səhiyyə, elm, təhsil və bu kimi
digər mövzular haqqında araşdırmalar
aparmaq, hesabatlar hazırlamaq və xalqı məlumatlandırmaqdır.
2013-cü ildə Polineziyanın
yenidən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınması
məhz "Tavini Huiraatira" partiyasının
nümayəndələrinin apardığı yorulmaz iş nəticəsində
mümkün olub.
Xatırladaq ki,
Polineziya 1946-cı ildə
BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına
salınsa da, Fransanın təzyiqi nəticəsində 1947-ci ildə
oradan çıxarılmışdı.
Fransa bu gün də bu istiqamətdə fəaliyyət göstərir.
Çünki belə
güclü sosial bazaya malik partiyanın
bu gün Fransız Polineziyasının
həm icraedici, həm də qanunvericilik hakimiyyətində
üstünlüyə malik
olması Fransa dövlətini ciddi şəkildə narahat edir. Çünki Fransız Polineziyasının
Parisin müstəmləkəsi
altındakı digər
ərazilərdən fərqi
ondadır ki, Fransa yerli əhalinin
assimilyasiyasına nail
ola bilməyib. Məhz bunun nəticəsidir ki, Fransanın Yeni Kaledoniyada etnik icmalar arasında tətbiq etdiyi "parçala və hökm sür" siyasətini burada həyata keçirə bilmir. Buna baxmayaraq,
Fransa alternativ yollar taparaq dini icmalara təsir
göstərməyə çalışır.
Belə ki, Polineziya əhalisi əsasən protestant və katolikdir. Çoxluq təşkil edən protestantların əksəriyyəti müstəqillik
tərəfdarıdır, katoliklərin
əksəriyyəti isə
bunun əleyhinədir.
Polineziyanın adalardan
ibarət olmasından
sui-istifadə edən
Fransa hökuməti katoliklərin çoxluq təşkil etdiyi adalarda rəhbər şəxsləri müxtəlif
yollarla öz tərəfinə çəkməyə
çalışır.
"Tavini Huiraatira"
partiyası ölkənin
müstəqilliyinin bərpası
istiqamətində fəaliyyətini
xarici platformalarda da davam etdirir.
Partiya ötən il Qoşulmama Hərəkatının Azərbaycanda
keçirilmiş nazirlər
iclası çərçivəsində
kolonializmlə mübarizəyə
dair təşkil edilmiş tədbirdə Bakı Təşəbbüs
Qrupunun (BTQ) yaradılmasında
iştirak edən tərəflərdən biridir.
Bu partiyanın nümayəndələri Bakı
Təşəbbüs Qrupunun
müvafiq komitələrində
təmsil olunur, Qrupun dünyanın müxtəlif ölkələrində
təşkil etdiyi bütün tədbirlərdə
fəal iştirak edirlər. Partiya ilə BTQ arasında əməkdaşlıq haqqında
memorandum da imzalanıb. Memorandum gələcək əməkdaşlığın
hüquqi bazasının
yaradılması istiqamətində
mühüm addım olmaqla yanaşı, müxtəlif sahələrdə
əməkdaşlığın qurulması üçün
yol xəritəsi funksiyasını daşıyır.
Qeyd edək ki, "Tavini Huiraatira" partiyasının
rəhbər heyəti
və nümayəndələrinin
mayın 29-dan iyunun
2-dək Bakıya səfərləri
çərçivəsində yeni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə
ediləcək. Nümayəndə
heyəti Milli Məclisdə Fransız Polineziyasına dair elmi konfransa da qatılacaqlar.
Polineziyanın müstəqilliyinin
əsasları BMT qətnamələrində
təsbit olunub
BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən,
Fransanın Okeaniyadakı
dənizaşırı ərazilərindən
olan Fransız Polineziyası 1946-cı ildə
BMT-nin "Dekolonizasiya
edilməli olan ərazilər" siyahısına
daxil edilib. Lakin yerli əhalinin
razılığı olmadan
1947-ci ildə Fransız
Polineziyası həmin
siyahıdan çıxarılıb.
Fransız Polineziyasının
müstəqillik uğrunda
mübarizə aparan qüvvələrinin fəaliyyəti
nəticəsində 2013-cü il mayın 17-də Polineziya yenidən BMT-nin "Dekolonizasiya edilməli olan ərazilər" siyahısına
salınıb. Lakin Fransa bu qərara
hələ də məhəl qoymur, BMT-nin Dördüncü Komitəsinin (Xüsusi siyasi və dekolonizasiya məsələləri)
və Dekolonizasiya üzrə xüsusi komitənin - C24-ün iclaslarını
sistemli şəkildə
boykot edir. Belə ki, bu
il mayın 13-15-də
Venesuelanın Karakas şəhərində keçirilən
C24-ün iclasında Azərbaycanın
iştirak edəcəyini
öyrənən Fransa
bu dəfə tədbirdə səfir səviyyəsində təmsil
olunub.
BMT Baş Assambleyası
2013-cü ildən etibarən
hər il Fransız Polineziyası ilə bağlı qətnamələr qəbul
edir. 2014-cü ildən
bəri isə Fransız Polineziyası barəsində BMT-nin Baş Assambleyası, Dördüncü Komitə,
C-24, həmçinin İqtisadi
və Sosial Şuranın (ECOSOC) hesabatları
əsasında illik məruzə sənədi
nəşr olunur.
Fransız Polineziyasının
müstəmləkəçilikdən azad olunması məsələsi ilə əlaqədar BMT Baş Assambleyasının "Müstəmləkə
ölkələrinə və
xalqlarına müstəqilliyin
verilməsi haqqında"
Bəyannaməsinin həyata
keçirilməsinə dair
son on ildə
11 qətnamə qəbul
olunub.
BMT Baş Assambleyası
təşkilatın Nizamnaməsinin
XI fəslinə uyğun
olaraq, 1960-cı il 14 dekabr və 2013-cü il 17 may tarixli
"Fransız Polineziyasının
öz müqəddəratını
təyinetmə" adlı
qətnamələrində Fransız Polineziyası xalqının öz müqəddəratını təyin
etməsini və müstəqillik qazanmasını
onun əsas hüququ kimi təsdiqləyib. Sözügedən
qətnamələr rəhbər
tutularaq, Fransız Polineziyasının "Dekolonizasiya
edilməli olan ərazilər" siyahısına
uyğunluğu qəbul
edilib. Lakin Nizamnamənin 73-cü maddəsinə
və "Müstəmləkə
ölkələri və
xalqlarına müstəqilliyin
verilməsi haqqında"
Bəyannamənin qəbulundan
63 il keçməsinə
baxmayaraq, ərazinin hələ də Fransa hökuməti tərəfindən idarə
olunmasına dair narahatlıq ifadə edilir. Beləliklə, BMT-nin Nizamnaməsinə və Baş Assambleyanın "Müstəmləkə
ölkələri və
xalqlarına müstəqilliyin
verilməsi haqqında"
Bəyannaməni əks
etdirən 1514 (XV) saylı
qətnaməsinə uyğun
olaraq, Fransız Polineziyası xalqının
öz müqəddəratını
təyin etmək hüququ var. Bu sənədlər Fransız Polineziyasının
azadlıq mübarizəsinin
beynəlxalq hüquqi
əsaslarını təşkil
edir.
Mühüm beynəlxalq
sənədlərə və
yerli xalqın azadlıq mübarizəsinə
baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının
daimi üzvlüyü
statusundan da istifadə edərək adalardakı kolonial maraqlarını inadkarlıqla
davam etdirir. Fransanın Polineziyanı əlində saxlamaq üçün ciddi cəhdlər göstərməsi
bu ölkənin müstəmləkəçi tarixindən,
müxtəlif xalqların
hüquqlarına laqeyd
münasibətindən, həmçinin
müstəmləkəsi altında
olan ölkələrin
sərvətləri hesabına
varlanmaqda davam etmək niyyətindən qaynaqlanır. Lakin yerli əhalinin qətiyyəti və getdikcə artan dəstək Fransız Polineziyasının müstəqillik
mübarizəsində uğur
qazanacağına ümidləri
artırır.
Azərbaycan.-
2024.- 30 may, № 112.- S.10.