Prezident
İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin
təməlini qoyub
Prezident
Ağdamda daha dörd kəndin
təməlini qoydu
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də
Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini
qoyub.
AZƏRTAC xəbər verir ki, Ağdam,
Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin
başçısına layihə
barədə məlumat
verdi.
Bildirildi ki, Tağıbəyli kəndində
yaşayış təxminən
XIX əsrin ortalarına
təsadüf edir. Kənddə 725 ailə -
3018 nəfər rəsmi
qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik,
üzümçülük, baramaçılıq və
heyvandarlıq olub. İşğal dövrünə
qədər kənddə
məktəb, uşaq
bağçası, tibb
məntəqəsi, mədəniyyət
evi, kitabxana, ərzaq mağazası, maşın-traktor parkı,
kənd təsərrüfatı
məhsullarının anbarı,
qoyun ferması və üzüm bağları fəaliyyət
göstərib. O cümlədən
Qarabağın məşhur
seyidlərindən olan
Fuğara ağanın
ocağı da burada yerləşir.
Qeyd olunub ki, kəndin layihələndirilən ərazisi
255,31 hektardır. Kəndə
3840 nəfərin köçürülməsi
nəzərdə tutulur.
Bunun üçün
885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi
Tağıbəyli və
Suma kəndlərinin ərazisindən ibarətdir.
Birinci mərhələdə
layihələndirilən sahə
78,05 hektardır və
buraya 108 ailənin köçürülməsi planlaşdırılır.
Bu mərhələdə
tikiləcək 108 evin
22-si ikiotaqlı, 54-ü üçotaqlı,
27-si dördotaqlı, 5-i isə
beşotaqlı olacaq.
Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası,
tibb məntəqəsi,
klub-icma mərkəzi,
kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq
mərkəzi, inzibati
bina, məişət
xidməti obyekti, sənətkarlıq emalatxanası,
kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə
deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.
Dövlətimizin başçısı
Tağıbəyli kəndinin
təməlini qoydu.
Azərbaycan.-2024.-
30 may, № 112.- S.2.