Güllicə kəndində 1042 fərdi
ev inşa ediləcək
Prezident
Ağdamda daha dörd kəndin
təməlini qoydu
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də
Ağdam rayonunun Güllücə kəndinin təməlini
qoyub.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına layihə
barədə məlumat verildi.
Qeyd olundu ki,
Güllücə kəndində yaşayış təxminən
XIX əsrin ortalarına təsadüf edir. Kənddə 988 ailə
- 4003 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti
əkinçilik, üzümçülük,
baramaçılıq və heyvandarlıq olub.
İşğal dövrünə qədər kənddə məktəb,
uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət
evi, kitabxana, üzüm emalı zavodu, ərzaq
mağazası, aptek, maşın-traktor parkı, kənd təsərrüfatı
məhsulları anbarı, mal ferması və üzüm
bağları var idi.
Bildirildi ki, ərazisi
388,44 hektar olacaq kənddə 3992 nəfərin məskunlaşdırılması
nəzərdə tutulur. Güllücə və
İlxıçılar kəndlərinin ərazisindən
ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək.
Birinci mərhələdə layihələndirilən ərazi
225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi
planlaşdırılır. Kənddə birinci mərhələdə
inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si
üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə
beşotaqlı olacaq. Bundan başqa, kənddə 480 şagird
yerlik məktəb binası, 120 yerlik uşaq
bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi,
ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi,
inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı,
ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2
maşın yerlik), kənd meydanı, Bayraq meydanı,
çörək sexi inşa olunacaq. Burada, həmçinin kənd
təsərrüfatı texnikasının və
maşınlarının təmir müəssisəsi, süd
qəbulu və süd məhsulları istehsalı, quru meyvə
istehsalı, ət kəsimi və qablaşdırılması
sahələri, qarışıq yem istehsalı, barama tədarükü
və qurdayırma məntəqələri, mineral gübrələr
və kimyəvi maddələr anbarı, muzey, mehmanxana,
xalça istehsalı sahəsi, işçi geyimlərinin
istehsalı sahəsi, taxta taraların istehsalı sahəsi,
dulusçuluq və suvenir istehsalı emalatxanası, bal
qablaşdırılması sahəsi, üzüm emalı
zavodu, şirniyyat sexi, taxıl anbarı, suvarmada istifadə
olunan elektrik mühərriklərinin və
avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi
də yaradılacaq.
Prezident
İlham Əliyev Güllücə kəndinin təməlini
qoydu.
Azərbaycan.-2024.-
30 may, № 112.- S.2.