Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli
binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış
olublar
O, gün gəldi...
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də
Xocalı şəhərində
15 çoxmənzilli binada
təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə
tanış olublar.
AZƏRTAC xəbər
verir ki, Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Elçin Yusubov və Mənzil
İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Sadiq Sadıqov görülən işlər barədə
məlumat verdilər.
Bildirildi ki,
Xocalı şəhərindəki yarımçıq tikili
olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər
biri ikigirişli olmaqla üçmərtəbəli
15 binada ikiotaqlı, üçotaqlı və
dördotaqlı 80 mənzil
var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar
yaradılıb.
Sonra dövlətimizin
başçısı və
birinci xanım kompleksdə yaradılan şəraitlə tanış
oldular.
Azərbaycan.-2024.-
30 may, № 112.- S.4.