İnkişaf etməkdə
olan kiçik ada dövlətlərinin 4-cü Beynəlxalq
Konfransı keçirilib
Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, beynəlxalq tədbirdə iştirak edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. (Müraciətin mətni qəzetin 28 may tarixli sayında dərc olunub).
Spiker Sahibə Qafarova müraciəti səsləndirdikdən
sonra bildirib ki, ölkəmizdə keçiriləcək
COP-29-un rəhbər heyəti də bu konfransda iştirak edir
və Azərbaycan heyəti bütün tərəflərlə
görüşməyə, onları dinləməyə, həmçinin
qaldırılacaq məsələlərin COP29 planlarında əks
olunmasını təmin etməyə hazırdır.
Azərbaycan.-2024.-
30 may, № 112.- S.10.