Milli
Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra
görüşlər keçirib
Milli Məclisin
sədri Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfəri
çərçivəsində bir sıra görüşlər
keçirib. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves,
Kuba Respublikasının
Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və
Barbudanın Nümayəndələr
Palatasının sədri
ser Cerald Uott və Senatın
sədri Alinsia Vilyams Qrant ilə
görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinə
dair fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq
təşkilatlarda əməkdaşlıq
və qarşılıqlı
dəstəyin əhəmiyyətini
vurğulayıblar.
Söhbətlər zamanı
Azərbaycanın Qoşulmama
Hərəkatına 4 illik
sədrliyi dövründə
təşkilatın institusional
inkişafı, Hərəkata
üzv ölkələr
arasında əlaqələrin
və həmrəyliyin
gücləndirilməsi, təşkilatın
beynəlxalq münasibətlər
sistemində rolunun daha da artırılması
istiqamətində gördüyü
işlər təqdir
olunub. Ölkəmizin
sədrliyi dövründə
İnkişaf etməkdə
olan kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilməsindən
məmnunluq bildirilib.
Milli Məclisin
sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü
ilə yaradılan Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin
fəaliyyəti barədə
də məlumat verərək, Şəbəkənin
Hərəkata üzv
ölkələrin qanunverici
orqanları arasında
əməkdaşlığın daha da genişləndirilməsi
üçün əhəmiyyətli
platforma olduğunu diqqətə çatdırıb.
Görüşlər zamanı bu ilin noyabr ayında
Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası – COP29 haqqında
da söhbət açılıb və ölkəmizin təşkilatçılığı
ilə bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə
inam ifadə olunub. Spiker Sahibə Qafarova qeyd edib ki,
bu tədbirin ölkəmizdə keçirilməsi
beynəlxalq ictimaiyyətin
Azərbaycana olan hörmət və etimadını əks etdirir.
O, COP29 çərçivəsində
Milli Məclisin Parlamentlərarası İttifaq
ilə birlikdə Parlament konfransı keçirəcəyini, bu
tədbirin parlamentarilərə
geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi
ilə mübarizədə
hansı addımları
ata biləcəklərini
müəyyən etmək
imkanı yaradacağını
vurğulayıb.
Görüşlərdə COP29 çərçivəsində keçirilən tədbirlərdə
İnkişaf etməkdə
olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin
həlli ilə bağlı məsələlərin
də diqqətdə saxlanılacağı qeyd
edilib.
Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalveslə görüşdə ölkəmizin
bu dövlətlə beynəlxalq əməkdaşlığının
səviyyəsindən, bu
ölkənin BMT Təhlükəsizlik
Şurasında Azərbaycana
verdiyi dəstəkdən
məmnunluq ifadə edilib.
Antiqua və Barbudanın Nümayəndələr
Palatasının sədri
Cerald Uott Azərbaycanın "Dayanıqlı
firavanlıq üçün
istiqamətin müəyyən
olunması" mövzusunda
4-cü Beynəlxalq Konfransda
iştirakını və
Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini
yüksək qiymətləndirib.
Milli Məclisin
sədri Sahibə Qafarovanın Millətlər
Birliyinin Baş katibi Patrisiya Skotlendlə görüşündə
isə Azərbaycanın
Birlik üzvləri ilə münasibətlərinə
dair fikir mübadiləsi aparılıb.
Millətlər Birliyinə
üzv olan ölkələrin əksəriyyətinin
Qoşulmama Hərəkatına
da üzv olduqları vurğulanaraq,
Azərbaycanın sədrliyinin
kiçik dövlətlərin
səslərinin eşidilməsi
üçün yaxşı
imkanlar yaratdığı
qeyd olunub.
Görüşlərdə parlamentlərarası əməkdaşlıq
məsələləri, həmçinin
qarşılıqlı maraq
doğuran digər mövzular barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2024.- 30 may, № 112.- S.10.