Qarabağ
və Şərqi Zəngəzurun bərpası
üçün büdcədən
ayrılan vəsaitin həcmi artırılır
Respublikamızda ardıcıl
şəkildə həyata
keçirilən iqtisadi
islahatların uğurlu
nəticələri yüksələn
makroiqtisadi göstəricilərdə
özünü göstərməkdədir.
2024-cü ilin ötən
dövründə Azərbaycan
iqtisadiyyatında baş
verən artım bu baxımdan təqdirəlayiqdir. Belə
ki, bu ilin
yanvar-aprel aylarında
ölkədə 38,2 milyard
manatlıq, o cümlədən
qeyri-neft/qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü
ilə müqayisədə
ÜDM real ifadədə
4,3 faiz artıb. Qeyri-neft sektoru üzrə isə artım 7,7 faizdir.
Dövlət büdcəsinin
yeni xərcləri 3 milyard 796 milyon manat təşkil edəcək
Bütün bunlar,
o cümlədən dünya
enerji bazarında münbit qiymət konyunkturası, habelə dövlət büdcəsinə
gözlənilən əlavə
daxilolmalar müəyyən
edilmiş prioritet istiqamətlər üzrə
zəruri olan bir sıra əlavə
tədbir və layihələrin maliyyələşdirilməsinə
imkan yaratmaqla
2024-cü ilin dövlət
büdcəsinə yenidən
baxılmasını şərtləndirir.
Dövlət büdcəsinə
dəyişiklik edilməsi
ilə bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
mayın 27-də keçirilmiş
iclasında müzakirə
edilib.
Yenilənmiş makroiqtisadi
proqnozlara əsasən
2024-cü ilin dövlət
və icmal büdcələrinin göstəriciləri
təhlil edilib və həmin büdcələrə müvafiq
qanunvericiliyə uyğun
olaraq dəyişikliklər
hazırlanıb. Dəyişikliklərdə
3 milyard 796 milyon manat məbləğində
yeni xərclərin həyata keçirilməsi
nəzərdə tutulub.
Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin
xərcləri 39 milyard
707 milyon manat məbləğində, dövlət
büdcəsinin gəlirləri
isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır.
Qeyd edək ki, ötən ilin sonunda 2024-ci ilin dövlət büdcəsi qəbul ediləndə 2024-cü il
üçün gəlirlər
34 milyard 173 milyon manat, xərclər isə 36 milyard 763 milyon manat proqnozlaşdırılmışdır.
Böyük qayıdış
üçün əlavə
maliyyə təminatı
yaradılır
Dövlət
büdcəsinin xərclərinin artırılmasının əsas
məqsədlərindən biri Böyük Qayıdış
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsi üçün əlavə
maliyyə təminatının yaradılmasıdır. Ona
görə də yeni xərclərin əsas hissəsinin işğaldan azad olunmuş
Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə
yönəldilməsi nəzərdə tutulur.
Xatırladaq
ki, 2024-cü ilin dövlət büdcəsindən Qarabağ
və Şərqi Zəngəzurun bərpasına 4 milyard
manatın ayrılması nəzərdə tutulub. Dövlət
büdcəsinə təklif edilən dəyişikliklərdən
sonra isə bu məbləğ 1 milyard 160 milyon manat
artırılacaq.
Onu da qeyd edək ki, 2023-cü ildə erməni
separatizminə son qoyulması ilə ərazi
bütövlüyümüzün və suverenliyimizin tam bərpası
dövlətimiz qarşısında yeni
çağırışlar formalaşdırıb. Bu isə
büdcədən Qarabağın bərpası
üçün əlavə vəsaitin ayrılmasını
zəruri edir.
Müdafiə
və təhlükəsizlik xərclərinə əlavə
705,3 milyon manat ayrılacaq
Ölkəmizin ərazi
bütövlüyü və
suverenliyinin tam bərqərar edilməsindən
sonrakı dövrdə
də dövlətin müdafiə qabiliyyətinin
və milli təhlükəsizliyinin möhkəmləndirilməsi
ordumuzun hərbi sursat və maddi-texniki təchizatının
müasirləşdirilməsi istiqamətində tədbirlərin
davam etdirilməsi üçün
əlavə maliyyə
təminatının yaradılmasını
zəruri edir. Beləliklə,
ölkənin müdafiə
qabiliyyətinin və
təhlükəsizliyinin daha
da gücləndirilməsi
üçün əlavə
705,3 milyon manat ayrılacaq.
Bunlarla yanaşı
infrastruktur və digər layihələrin maliyyə təminatı üçün 1 milyard
184 milyon manat, beynəlxalq fəaliyyət
üzrə tədbirlərin
maliyyələşdirilməsi və digər zəruri xərclər üzrə 499 milyon manat, zəruri əsaslı xərclər,
təmir və sair üçün 146 milyon manat yönəldilməsi
nəzərdə tutulur.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
30 may, ¹ 112.- S.11.