Prioritet
istiqamətlər bəllidir
İşğaldan
azad olunmuş ərazilərimizin bərpasına
nəzərdə tutulduğundan
daha çox vəsait ayrılacaq
"2024-cü ilin dövlət
büdcəsinə edilən
dəyişikliklərdə prioritet istiqamətlərə
daha çox vəsaitin ayrılması
nəzərdə tutulur.
Belə ki, işğaldan azad olunmuş ərazilərimizin
bərpası və yenidən qurulması əsas olduğuna görə, bu istiqamətdə dövlət
büdcəsindən nəzərdə
tutulduğundan daha çox vəsait ayrılacaq".
Bu sözləri
qəzetimizə Milli Məclisin deputatı Vüqar Bayramov dövlət büdcəsinə
dəyişikliklə bağlı
fikir bildirərkən
deyib. Onun sözlərinə görə,
iqtisadi fəaliyyət
üzrə mövcud büdcə layihəsində
7 milyard 788 milyon manat vəsaitin ayrılması nəzərdə
tutulmuşdu, amma dəyişikliklərdən sonra
bu məbləğ 9 milyard 902 milyon manata qədər artırılacaq. Əlavə
olaraq 2 milyard 114 milyon manat vəsait
və ya 27 faiz çox bu istiqamətdə dövlət büdcəsindən
xərcləmələr həyata
keçiriləcək. Bunlar
birbaşa və daha çox işğaldan azad edilmiş ərazilərin
yenidən qurulmasına
yönəldilməsi nəzərdə
tutulan vəsaitdir. Bu isə ondan
xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurma prosesi 2024-cü ilin növbəti aylarında da intensiv şəkildə
həyata keçiriləcək,
sürətlənəcək. Bu da təbii
ki, ilin sonuna qədər təxminən 25 min vətəndaşımızın Qarabağ və Şərqi Zəngəzura
qayıtmasına imkan
verəcək.
Deputat qeyd edib ki, müdafiə
və milli təhlükəsizliyin gücləndirilməsi
prioritet istiqamətdir
və bu yönə ayrılan vəsaitin həcmində də artımlar var: "Belə ki, 6 milyard 421 milyon manat vəsaitin
ayrılması nəzərdə
tutulsa da, dürüstləşmədən sonra bu istiqamətə
7 milyard 126 milyon manat vəsait ayrılacaq. Yəni milli təhlükəsizliyimizin
və müdafiə gücümüzün daha
da artırılması
üçün əlavə
olaraq 705 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.
Eyni zamanda digər vacib istiqamətlərdən biri
kənd təsərrüfatına
əlavə vəsaitin
ayrılmasıdır. Hazırda
kənd təsərrüfatı
üzrə təsdiq olunmuş xərclər 1 milyard 102 milyon manatdır.
Bu istiqamətə əlavə 100 milyon manat ayrılacaq. Bu da fermerlərin,
kənd təsərrüfatında
çalışanların daha yaxından dəstəklənməsinə, onların xərclərinin
bir hissəsinin kompensasiya edilməsinə,
sosial təminatlarının
gücləndirilməsinə imkan yaradacaq".
V.Bayramov vurğulayıb
ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
minimum əməkhaqqının
artırılması ilə
bağlı təkliflər
noyabrın 1-nə qədər
təqdim olunacaq. Artıq bununla bağlı müzakirələr
aparılır. Eləcə
də Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən
Sığorta Fondunun büdcəsinə də dəyişikliklər edilib.
DSMF-nin büdcəsinə
edilən dəyişikliklərdən
sonra bu istiqamətə əlavə
olaraq 30 milyon manat vəsaitin ayrılması nəzərdə
tutulur ki, bunun da 25 milyon
manatı məhz pensiya təminatı üçündür. Bu
istiqamətdə artımlar,
eyni zamanda yeni sosial qərarlarla
bağlı nazirlik tərəfindən təkliflərin
hazırlanması və
uyğun dövlət
qurumlarına təqdim
olunması gözlənilir.
"Bütövlükdə dövlət büdcəsinə
edilən dürüstləşmə
əsas prioritet istiqamətlərə daha
çox vəsaitin ayrılmasına imkan verəcək. Bu da fiskal gücümüzün
daha da artmasına,
iqtisadi sferada, o cümlədən digər
istiqamətlərdə yeni
layihələrin reallaşmasına
şərait yaradacaq.
Bu həm də onu göstərir
ki, 2024-cü ildə dövlət büdcəsinə
nəzərdə tutulandan
daha çox vəsaitin cəlb edilməsi mümkün olub", - deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
30 may, № 112.- S.14.