Azərbaycan
Prezidentinin Xocalıya
səfəri Türkiyə
mətbuatında geniş
işıqlandırılıb
Azərbaycan Prezidenti
İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocalıya səfəri Türkiyənin aparıcı
media qurumları tərəfindən geniş
işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu
agentliyi, “TRT” televiziyası,
“Milliyet”, “Sözcü”,
“Star”, “Yeni Şafak” qəzetləri, “Haberler.com” və
digər onlayn media qurumları dövlətimizin başçısının
səfərinə diqqət
ayırıblar.
“Əliyev Xocalıya
səfər etdi!”, “Azərbaycan bir daha belə acı yaşamayacaq”, “Ermənilərin soyqırımı
törətdiyi Xocalıya
azərbaycanlı ailələrin
köçürülməsinə başlanıldı”, “Azərbaycan
Prezidenti Xocalıda Ermənistana səsləndi”,
“Əliyev xəbərdarlıq
etdi: Ərazi iddiaları ilə bağlı yeni cəhdləri izləyirik”,
“İşğaldan azad
edilən Xocalıda yeni dövr: Azərbaycan ailələri
qayıdırlar” və
digər sərlövhələrlə
yayımlanan xəbərlərdə
Prezident İlham Əliyevin Müstəqillik
Gününü işğaldan
azad edilən ərazilərdə, bu bölgələrə qayıdan
keçmiş məcburi
köçkünlərlə birlikdə qeyd etdiyi vurğulanır.
Xəbərlərdə Azərbaycanın işğaldan
azad edilən ərazilərin yenidən
qurulması və məcburi köçkünlərin
doğma yurd-yuvalarına
qayıtmaları üçün
həyata keçirilən
Böyük Qayıdış
proqramı haqqında
məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində həyata
keçirilən bərpa-yenidənqurma
işləri, icra olunacaq yeni layihələr,
o cümlədən əsaslı
təmir edilən yaşayış kompleksi ilə tanış olublar. Dövlətimizin başçısı və
birinci xanım Xocalıya ilk qayıdan 20 ailəyə mənzillərin açarlarını
təqdim ediblər. Yazılarda dövlətimizin
başçısının Xocalıda həyata keçirilən işlər,
o cümlədən yeni
yaşayış binalarının
inşası, fevralın
26-da Xocalıda xocalılılarla
birlikdə təməli
qoyulan Xocalı Memorial Kompleksinin yaradılması barədə
fikirləri diqqətə
çatdırılıb.
Məqalələrdə Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirlərə
istinad edilərək hər şeyin öz vaxtının olduğu, bizim doğma torpaqlarımıza
qayıtmağımız, həm
Vətən müharibəsi,
həm də antiterror əməliyyatının
xalqımızın gücünü,
iradəsini, əsgər
və zabitlərimizin
qəhrəmanlığını bütün dünyaya sübut etməsi barədə fikirlərinə
xüsusi yer verilib. Bu baxımdan
Prezident İlham Əliyevin aşağıdakı
fikirləri xüsusi vurğulanıb: “Onların
qəhrəmanlığı, fədakarlığı sayəsində
biz bu gün
buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə
elə bir sarsıdıcı zərbə
endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə
cəhd etməyəcək.
Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri
var. Ona görə biz hər an hazır
olmalıyıq. Əlbəttə
ki, ilk növbədə,
ordumuzu daha da gücləndirməliyik
və bunu edirik”.
Yazılarda 1992-ci il
fevralın 25-dən 26-a keçən
gecə ermənilər
tərəfindən Xocalıda
törədilən soyqırımı
haqqında da məlumat verilib. Qeyd olunub ki,
Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində
bir çox ərazilər kimi, Xocalı da işğaldan azad edilərək əzəli
sahiblərinə qaytarılıb.
Azərbaycan.-2024.-
30 may, ¹ 112.- S.14.