4 kəndin azad olunması qələbələrimizin davamıdır

 

 

"Qazax rayonunun 4 kəndinin Azərbaycana geri qaytarılması Prezident, Ali Baş Komandan İlham Əliyevin növbəti zəfəri kimi dəyərləndirilməlidir. Bu qələbə nəticəsində Azərbaycanın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı Qızılhacılı kəndlərinin ərazisi artıq Dövlət Sərhəd Xidmətimizin nəzarətinə keçib. Bu, Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində atılmış növbəti addımdır".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert qeyd edib ki, yaxın gələcəkdə işğaldan azad edilmiş bu ərazilərdə sərhəd infrastrukturunun yaradılması nəzərdə tutulub. Bunun üçün Azərbaycanın mövcud sərhəd xətləri yeni mövqelərə daşınacaq, həmin yerlərdə zəruri olan qüllələr, maneə xətləri zastavalar yerləşdiriləcək. Həmin ərazilərdə mövcud olan hakim yüksəkliklər tamamilə Dövlət Sərhəd Xidmətinin nəzarətində olacaq. Bu, gələcəkdə Ermənistan sərhədçilərinin ərazidə həyata keçirdikləri fəaliyyətləri müşahidə etməyə onlara qarşı adekvat tədbirlər görməyə imkan verəcək".

Ekspertin sözlərinə görə, bir güllə belə atılmadan Azərbaycan kəndlərinin sahiblərinə geri qaytarılması ondan xəbər verir ki, Ermənistan Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi "o kəndlər ki, anklav deyil - 4 kənd - onlar Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır" bəyanatını kifayət qədər ciddi qəbul edib: "Paşinyan höküməti yaxşı başa düşürdü ki, Qazaxın 4 kəndini qaytarmazsa, Azərbaycan hansısa yolla öz torpaqlarını azad edəcək. Ona görə dövlətimizin başçısının bəyanatını eşidən kimi, Paşinyan bu istiqamətdə fəaliyyətə keçdi. Ermənistandan savayı, dünyanın heç bir yerində dövlətə rəhbərlik edənlər öz xalqlarını digər ölkənin müharibə edə biləcəyi ilə hədələmirlər. Deməli, bu ölkədə qorxu hissi maksimum səviyyəyə çatıb".

Ədalət Verdiyev söyləyib ki, Ermənistan sülh prosesini uzatmağa çalışmamalı, bunun faydasız olduğunu anlamalıdır: "Əks halda, İrəvan yenə daha əvvəl aldığı zərbələrdən birini üzərində hiss edə bilər. Azərbaycan bütün dövlətlərlə, eləcə qonşuları ilə mehriban dostluq şəraitində yaşamaq istəyir. Bu baxımdan Qazaxın 4 kəndinin qeyd-şərtsiz qaytarılması Azərbaycanla Ermənistan arasında etimad mühitinin möhkəmlənməsini sülh sazişinin imzalanmasını yaxınlaşdırır".

Ekspert vurğulayıb ki, bu növbəti uğurumuz 44 günlük Vətən müharibəsində ötən il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərində əldə etdiyimiz qələbələrin davamıdır: "Bu kəndlərin Prezidentimizin bir sözü ilə qaytarılması xüsusi qeyd olunmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, sülhə doğru atılmış bu addımın Azərbaycanla Ermənistan arasında heç bir vasitəçi olmadan baş tutması xüsusi əhəmiyyət kəsb edir. Ümid edirik ki, iki ölkə arasında delimitasiya demarkasiya prosesi bundan sonra da uğurla davam edəcək".

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 30 may, № 112.- S.14.