Xocalı düşmənin
xalqımıza vurduğu
elə yaralardandır
ki, qaysaq bağlasa da, sağalmır, illər keçsə də, unudulmur. Lakin Xocalının işğaldan
azad olunması ilə xalqımız az da olsa
toxtaqlıq tapdı.
Tarixi qələbəmizdən,
haqq-ədalətin bərpasından
sonra Qarabağ və Şərqi Zəngəzurda, habelə
Xocalıda yenidənqurma
və bərpa işlərinə başlanıldı.
Qüdrətli dövlətimiz
xocalılıların da
yurd həsrətinə
son vermək üçün gücünü
səfərbər etdi.
Və o gün gəldi: ötən 32 ildə çadır şəhərcikləri və
yataqxanalarda, qaçqınlar
üçün salınmış şəhərciklərdə
yaşamış xocalılılar
mayın 28-dən doğma
ocaqlarına geri qayıtdılar. İllər
əvvəl isti evlərindən, göz açdıqları doğma
torpaqlardan qarlı qış günündə
faciəli şəkildə
qovulan soydaşlarımız
bu il Müstəqillik
Gününü qalib
xalqın nümayəndələri
kimi Xocalıdakı evlərində qeyd etdilər. Öz doğma sakinlərinə qucaq açan Xocalının küçələrinə,
evlərinə isti nəfəs, doğma səslər yayıldı.
Sakinlərə cəmi
8 ay ərzində yenidən qurularaq bərpa edilən Xocalıya qayıtmaq sevincini bəxş edən Prezident İlham Əliyev Xocalıya qayıdışın
Müstəqillik Günündə
baş tutmasının
təsadüfi olmadığını
bildirdi. Dövlət başçısı dedi:
"Bildiyiniz kimi, keçən il Müstəqillik Günündə
mən Laçın şəhərində laçınlılara
evlərinin açarlarını
təqdim etmişdim. İki il bundan
əvvəl Müstəqillik
Günü ərəfəsində
- mayın 27-də Ağalı
sakinləri ilə görüşmüşdüm. Onlar da məhz
o gündə köçmüşdülər.
Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir".
Mayın 29-da isə
Xocalı daha bir qayıdış karvanını qarşıladı.
Bu mərhələdə
daha 24 ailə - 88 nəfər dədə-baba
ocağına qovuşdu.
Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli
dövlət qayğısı
ilə əhatə olunduqlarına görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib,
torpaqlarımızı işğaldan
qurtaran rəşadətli
Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib,
bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət,
ailələrinə səbr
diləyiblər.
Beləliklə, Xocalının
artıq 169 nəfər
sakini var.
Xocalıda yeni
həyat qurulur
Xocalıda sakinlərin
rahat və təhlükəsiz həyat
sürmələri üçün
hər şey nəzərə alınıb.
Burada bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün
geniş imkanlar təqdim ediləcək.
Şəhərin yenidən
qurulması üzrə
birinci mərhələ
167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Təqdim edilən şəhər planına əsasən,
167 hektar ərazidə
140 fərdi ev, 48 kottec tipli ev
və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür.
Şəhər üzrə
kommunikasiya işlərinin
90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir.
Xocalıda orta
təhsil müəssisəsi
və uşaq bağçası inşa
olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb.
İdman kompleksində
isə tamamlanma işləri görülür.
Kompleksdə şahmat,
cüdo, güləş,
gimnastika, stolüstü
tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. Bütün
bu infrastruktur işlərinin yaxın müddətdə tamamlanması
nəzərdə tutulub.
Şəhər mühitini
canlandıran yeni nəqliyyat qovşağı
vacib rol oynayacaq. Olduqca strateji mövqedə yerləşən Xocalı
Əsgəranla 5 kilometr,
Ağdam şəhəri
ilə 10 kilometr, Xankəndi ilə 11 kilometr, Şuşa ilə isə 7 kilometr məsafədədir.
Bu, həmçinin Xocalıda iqtisadiyyatın,
sahibkarlığın inkişafına
da təkan verəcək. Şəhərin
girişində - çay
kənarında sakinlərin
istirahəti üçün
bulvarın salınması
işləri davam edir. Bulvar ilə
üzbəüz çarşı-bazar
qurulur, iaşə obyektləri tikilir.
Fevralın 26-da təməli
qoyulan Soyqırımı
Memorial Kompleksi Heydər Əliyev Fondu tərəfindən inşa edilir.
Artıq 7487 sakin
əzəli məskəninə
qayıdıb
Böyük Zəfərdən
qısa müddət keçməsinə baxmayaraq,
işğaldan azad edilmiş ərazilərimizdə
həyat canlanır, bərpa-quruculuq işləri
davam etdirilir, keçmiş məcburi köçkünlər yurdlarına
qovuşurlar. Artıq
1920 ailə - 7487 nəfər
əzəli məskənlərinə
qayıdıb. İndiyədək
175 ailə (871 nəfər)
Zəngilan rayonunun Ağalı kəndində,
20 ailə (90 nəfər)
Tərtər rayonunun Talış kəndində,
493 ailə (1838 nəfər)
Laçın şəhərində,
822 ailə (3132 nəfər)
Füzuli şəhərində,
217 ailə (823 nəfər)
Laçın rayonunun
Zabux kəndində,
59 ailə (215 nəfər)
Laçın rayonunun
Sus kəndində, 90 ailə (349 nəfər) Şuşa şəhərində,
44 ailə (169 nəfər)
Xocalı şəhərində
məskunlaşıb.
Bu statistika hər
ay, hər həftə yenilənir. Qayıdış
karvanlarının ünvanları da dəyişir. Prezident
İlham Əliyev mayın 28-də Xocalı şəhərinə
köçən sakinlərlə görüşü
zamanı yeni müjdələr verib, sentyabr ayından
artıq Xankəndiyə də köçün
başlayacağını söyləyib. Qarabağ Universiteti
fəaliyyətə başlayacağı üçün elə
ilk sakinlər də məhz tələbələr və
onların müəllimləri olacaqlar.
Bu ilin sonuna qədər
Cəbrayıl və Kəlbəcərə, 2025-ci ildə isə
Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə də
keçmiş məcburi köçkünlərin
qayıtması nəzərdə tutulur. 2026-cı il, Böyük
qayıdışın birinci mərhələsi bitənə
qədər Qarabağ və Şərqi Zəngəzurda 140
min nəfərin - 34 min 500 ailənin dədə-baba
torpaqlarında daimi məskunlaşması təmin ediləcək.
Uzun illər
düşmən əsarətində qalan, viran qoyulan
torpaqlarımız yenidən qurulduqca yurd həsrəti çəkən
yüz minlərlə vətəndaşımız öz evlərinə
qayıdacaqlar.
Ülkər
XASPOLADOVA,
Azərbaycan.-2024.-
30 may, № 112.- S.15.