Böyük qayıdışın Xocalı səhifəsi

 

 

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfərdən dərhal sonra Qarabağ Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlandı. İşğaldan azad olunmuş rayonların yaşayış məntəqələrinin bərpası yenidən qurulması dövlətin əsas vəzifəsinə çevrildi. Şəhər kəndlərdə elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət digər zəruri infrastrukturların qurulması üçün  görülən işlərin miqyası  aybaay, ilbəil genişlənməyə başladı. qısa müddətdən sonra köç karvanları  Qarabağa yol aldı...

Doğma yuvalarına dönən keçmiş köçkünlər getdikləri yerdə çox gözəl mənzərə ilə qarşılaşdılar. Uçub-dağılmış, viranə qalmış evlərin yerində  gözəl, yaraşıqlı, müasir üslübda tikilmiş mənzillərin qapısı  öz sahiblərinin  üzünə açıldı, illərin  həsrətinə son qoyuldu. Bundan sonra onlar cənnətə dönmüş yurdlarında həyat sürəcək, yaşayıb-yaradacaqlar. Hələ müharibə gedən günlərdə azad olunmuş torpaqların xoş müjdəçisinə  çevrilmiş Prezident İlham Əliyev bərpa-quruculuq işləri ilə bağlı xəbəri özü vermişdi: "Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində  cənnət yaradacağıq sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır". Dövlət başçısı hər köçün sevincini yurduna  dönən, evinə qayıdan  insanlarla bərabər yaşayıb.

Sanki bu xalqın alnına  taledən bir köç yazılıb. Qərbi Azərbaycanda yaşayan soydaşlarımız ötən yüzillikdə  zaman-zaman taleyin acı sınağına çəkildilər. Ermənilər fürsət düşdükcə, daha doğrusu, havadarlarının köməyi ilə soydaşlarımızı əzəli torpaqlarından didərgin saldılar. Yurdundan qovulanlar Azərbaycana sığındılar, müxtəlif  bölgələrdə müvəqqəti məskunlaşdılar. Pənah gətirdikləri yerdə əbədi qalanlar da oldu, doğma  torpağına dönənlər .  Türkiyəyə, İrana keçənlər imkan olanda evlərinə qayıtdılar. Amma 1988-ci ildə qovulanlar hələ dönə bilməyiblər... Ardınca Qarabağ faciəsi, insanların evlərini tərk etməsi, dəmir vaqonlarda, yataqxanalarda, yarımçıq tikililərdə məskunlaşması Azərbaycan xalqının XX əsrdə taleyinə yazılan  çox ağır kədər,  ürəklərə dağ basan qəm oldu. Miqyasına görə analoqu olmayan Xocalı  soyqırımı isə erməni faşistlərinin qəddarlığının göstəricisi kimi dünyaya yayıldı.

Gün gəldi, bütün acılara son qoyuldu.  Qızmar yayda yağan güclü yağışdan sonra çıxan günəşin buludu qovduğu kimi, köçkünün qəmini, kədərini böyük Zəfərin sevinc göz yaşları əvəz etdi. Qarabağ tamamilə azad oldu. Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır!" formulunu dünyaya qəbul etdirdi. Azərbaycan tarixinin  ən parlaq qələbəsinə  imzanı Ali Baş Komandan İlham Əliyev qoydu. Azərbaycan xalqı öz rəhbərini siyasətlə məşğul olan, dövləti idarə edən, ölkənin problemlərini çözməyə çalışan insan kimi tanıyırdı. Amma müharibə Ali Baş Komandanın xeyli məziyyətini ortaya çıxardı. Prezidentin Azərbaycana qazandırdığı Zəfər vətən, yurd, xalq sevgisindən qaynaqlanan bir triumf  idi. 44 günlük Vətən müharibəsi  dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya xalqları İlham Əliyevi həm millətini düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. Prezident ən həssas dönəmdə xalqının qarşısına çıxdı, ən xoş xəbəri insanlara özü çatdırdı. Bu, indiyə qədər heç bir dövlət başçısının atmadığı addım idi. Bu addımın ən böyüyü torpaq həsrəti ilə yaşayan insanları doğma yurda göndərməsi oldu. O, 30 ildə bir an da olsun ümidi sönməyən, inamı tükənməyən, məcburən tərk edilmiş torpağa qayıtmaq istəyi ölməyən insanları yurdları ilə görüşə apardı.

Qarabağa köç davam edir. Bu köç o köçdən deyil. Bu köç Azərbaycan dövlətinin gücünün, şəxsən Prezident İlham Əliyevin Vətən müharibəsində işğaldan azad olunan ərazilərin bərpasına göstərdiyi qətiyyətinin, siyasi iradəsinin nümayişidir. Həmin iradənin hələlik sonuncusu olan növbəti  köç karvanı mayın 28-də Xocalıda dayandı. 44 ailənin Xocalıda daimi məskunlaşması təmin edildi. xoş ki, Xocalı sakinlərinin yurda dönüşü  Müstəqillik Günündə baş tutdu. 28 May Azərbaycan tarixinin müqəddəs günlərindəndir. Həmin gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva qızları Arzu Əliyeva Xocalı sakinləri ilə görüşdülər. Xocalı sakinləri o gün üçqat sevinc yaşadılar: yurda qayıdış, 28 May bayramı dövlət başçısının onlarla görüşüb söhbət etməsi.

Prezident hər zaman olduğu kimi yenə bayram günündə sadə insanların yanında idi. 28 May gününü  iki il əvvəl Ağalıda, keçən il Laçında, indi Xocalıda qeyd etməsi Prezidentin xalqa arxalanmasının xalqın ona  güvənməsinin göstəricisidir. Yurda qayıdışın sevincini  sadə isanlarla birgə yaşayan dövlət başçısı deyir: "Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Bu gün, əslində, "Böyük qayıdış" proqramının Xocalı səhifəsi yazılır".

Xocalı bu gün ən gözəl günlərini yaşayır. Bundan sonra şəhərin torpağının üstündə  Xocalının doğma sakinləri addımlayacaqlar. Havasını da onlar udacaq, suyunu da köçkünlüyə son qoymuş insanlar içəcəklər. Burada üçrəngli Azərbaycan bayrğı əbədi dalğalanacaq. Xocalının gözəlliyinin üstünə gözəllik gələcək. Xocalı sakinləri ilə səmimi görüşən,  içdən söhbət edən  Prezident onların sevincinə  daha bir sevinc qataraq dedi: "O qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm. Bakıda digər yerlərdə qəsəbə salınmışdır. Deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün gəldi. Sizi təbrik edirəm".

Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 30 may, ¹ 112.- S.15.