Azərbaycan
Küveytlə əməkdaşlığın
inkişafına daim öz dəstəyini verir
Prezident
İlham Əliyev Küveyt Dövlətinin Vəliəhdi ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də
Küveyt Dövlətinin
Vəliəhdi Şeyx
Sabah Xalid əl-Həməd əl-Sabah
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaq
Prezident İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
- COP29-un Liderlər Sammitinin
açılış mərasimindəki
məzmunlu çıxışına
görə minnətdarlığını
bildirdi.
O, dövlətimizin başçısının Azərbaycanla
Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini verdiyini vurğuladı.
Söhbət zamanı
birgə iqtisadi komissiyanın fəaliyyətinin
canlandırılması qeyd
olundu, turizm sahəsində əməkdaşlığa
toxunuldu, Küveytdən
olan turistlərin Azərbaycana səfərlərindən
məmnun qaldıqları
vurğulandı.
Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.7.