Rəcəb Təyyub Ərdoğan Azərbaycanın qısa müddətdə belə bir möhtəşəm tədbirə evsahibliyi etməsini yüksək qiymətləndirib

 

Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırdı Azərbaycanın qısa müddət ərzində belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlanıb burada yüksək ətraf mühit standartlarına davamlılıq prinsiplərinə riayət olunub.

Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın da nəfis qaydada hazırlandığını dedi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.8.