İlham Əliyev Andjey Dudaya COP29-da iştirak etdiyinə görə minnətdarlığını bildirdi
Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də
Polşa Respublikasının
Prezidenti Andjey Duda ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident
İlham Əliyev
COP29-da iştirak etdiyinə
görə Andjey Dudaya minnətdarlığını
bildirdi. Polşa Prezidenti ilə görüşlərini məmnunluqla
xatırlayan dövlətimizin
başçısı Andjey
Dudanın ölkəmizə
səfərinin ikitərəfli
münasibətlərimizin inkişafına
töhfə verəcəyinə
ümidvar olduğunu dedi.
Andjey Duda
COP29-a dəvətə görə
Azərbaycan Prezidentinə
minnətdarlığını ifadə edərək, bu tədbirin yüksək səviyyədə
təşkil olunduğunu
vurğuladı və
bununla bağlı təbriklərini çatdırdı.
Söhbət zamanı
qlobal iqlim gündəliyinin vacibliyi qeyd olundu.
Polşa ilə
Azərbaycan arasında
əlaqələrin müxtəlif
sahələrdə inkişaf
perspektivlərinə dair
fikir mübadiləsi aparıldı, Azərbaycan-Avropa
İttifaqı əlaqələri
və regional məsələlər müzakirə
edildi.
Azərbaycanda olan Polşa irsi, həmçinin polyak memarların Bakı şəhərində müxtəlif abidələrin memarlığında iştirakı məsələsi də qeyd olundu.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.8.