Azərbaycanda Alban irsi də
dövlət tərəfindən
qorunur
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın
Dövlət katibi ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də
Müqəddəs Taxt-Tacın
Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət
zamanı Azərbaycanda
müxtəlif dinlərin
nümayəndələrinin dostluq və harmoniya şəraitində
yaşamaları məmnunluqla
qeyd olundu.
Dövlətimizin başçısı
vurğuladı ki, ölkəmizdə multikulturalizm
dövlət siyasəti
olmaqla yanaşı, eyni zamanda, bizim
həyat tərzimizdir.
Müqəddəs Taxt-Tacın
Dövlət katibi Azərbaycanda ikinci Katolik kilsəsinin layihələndirilməsi və
tikilməsi prosesinə
görə təşəkkürünü
bildirdi. Bu, ölkəmizdə multikulturalizmə
və dinlərarası
dialoqa verilən töhfənin nümunəsi
kimi dəyərləndirildi.
Prezident İlham Əliyev qədim xristian irsi olan
Alban irsinin də Azərbaycanda dövlət tərəfindən
qorunduğunu dedi və ölkəmizin ən erkən və qədim xristian icmalarının yaşadığı məkan
olduğunu vurğuladı.
Görüşdə Azərbaycan dövlətinin
və Heydər Əliyev Fondunun Vatikanda və dünyanın müxtəlif
regionlarında xristian
irsinin bərpasına
verdiyi töhfə yüksək qiymətləndirildi.
Azərbaycan ilə Vatikan arasında əlaqələrdən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.8.