Azərbaycan
ilə Albaniyanın beynəlxalq təşkilatlar
çərçivəsində bir-birinə qarşılıqlı
dəstəyi təqdir
olunub
Prezident İlham Əliyev Albaniyanın Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də
Albaniya Respublikasının
Baş naziri Edi Rama ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
əvvəlcə SOCAR, Albaniyanın
İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. SOCAR-ın həyata keçirəcəyi
bu layihə Albaniyanın Korça şəhərində kömürdən
və oduncaqdan istifadənin qarşısını
alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcək
və beləliklə,
bu, dekarbonizasiyaya xidmət edən layihə olacaq.
Söhbət zamanı
Albaniyanın Baş naziri BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
Liderlər Sammitinin açılış mərasimində
Prezident İlham Əliyevə dolğun və məzmunlu çıxışına görə
təşəkkür etdi.
Azərbaycan ilə Albaniya arasında münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq bildirildi, əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirildi və təqdir olundu.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.9.