Britaniya
Baş nazirinin Azərbaycana ilk səfəri iki ölkə arasında əlaqələrdə mühüm
əhəmiyyət daşıyır
Prezident İlham Əliyev Böyük Britaniyanın
Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş
naziri Kir Starmer ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident
İlham Əliyev bunun Britaniya Baş nazirinin Azərbaycana ilk səfəri olduğunu qeyd etdi. Bildirdi
ki, bu səfər
Azərbaycanla Böyük
Britaniya arasında əlaqələrdə mühüm
əhəmiyyət daşıyır
və tarixi bir səfərdir.
Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş
naziri Prezident İlham Əliyevi COP29-un Azərbaycanda keçirilməsi
və ölkəmizin
bu tədbirə sədrliyi münasibətilə
təbrik etdi.
İqlim dəyişmələri
məsələlərinin Britaniyanın
gündəliyində vacib,
prioritet məsələlərdən
olduğunu deyən Baş nazir Azərbaycan tərəfindən
qlobal iqlim dəyişmələri ilə
mübarizəyə verilən
töhfənin təqdir
olunduğunu vurğuladı.
Dövlətimizin başçısı
Azərbaycanın COP29-un təşkili
ilə əlaqədar
vaxtının az olmasına baxmayaraq, qısa müddət ərzində bütün
təşkilati işlərin
həyata keçirildiyini
dedi. Prezident İlham Əliyev bu tədbirin mahiyyəti üzrə olan danışıqlar prosesində də artıq irəliləyişlərin
olduğunu bildirdi. Bu xüsusda, Paris razılaşmasının 6-cı bəndi üzrə əldə olunmuş irəliləyişləri müsbət
addım kimi qiymətləndirdi.
Söhbət zamanı
ölkələrimiz arasında
ikitərəfli münasibətlərə
dair müzakirələr
aparıldı, bp-nin sərmayələri ilə
Cəbrayılda Günəş
panel stansiyasının
tikintisi layihəsi yüksək qiymətləndirildi.
Qeyd olundu ki, bu layihə
dünyanın ən böyük neft-qaz terminallarından biri olan “Səngəçal”da
istifadə edilən enerjinin bərpaolunan enerjiyə keçidini və dekarbonizasiyasını
təmin edəcək.
Söhbət zamanı
Böyük Britaniyanın
Azərbaycanda minaların
təmizlənməsi işinə
verdiyi dəstək yüksək qiymətləndirildi.
Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş
naziri Ermənistan ilə Azərbaycan arasında danışıqlar
prosesi ilə maraqlandı.
Dövlətimizin başçısı
qeyd etdi ki, hazırda tərəflər arasında
sülh müqaviləsi
üzrə danışıqlar
davam etdirilir, bu müqavilənin mətninin xeyli hissəsi artıq razılaşdırılıb, sərhədlərin delimitasiyası
və demarkasiyası sahəsində də Ermənistan ilə Azərbaycan arasında ciddi irəliləyiş var, 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib ki, komissiyanın son görüşündə
də bu prosesin irəli aparılması barədə
razılıq əldə
olunub.
Amma bütün
bunlarla yanaşı, dövlətimizin başçısı
Ermənistanın Konstitusiyasında
Azərbaycana qarşı
olan ərazi iddialarının aradan qaldırılmasının vacibliyini
bildirdi.
Azərbaycan Prezidenti sülh prosesinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün xalqların sülhə hazırlanmasının önəmini vurğuladı.
Azərbaycan.-2024.-
13 noyabr (№ 249).- S.9.