COP29 Liderlər
Sammiti açılış
mərasimindən sonra
işini birinci plenar iclasla davam etdirib
Noyabrın 12-də Bakıda
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin birinci plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa
sədrlik edən
COP29-un Prezidenti, Azərbaycanın
ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev tədbirin gündəliyi və müzakirə olunacaq məsələlər barədə
məlumat verib.
İclasda BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının icraçı
katibi Saymon Stiel, İqlim Dəyişmələri üzrə
Hökumətlərarası Ekspert Qrupunun (IPCC) sədri Cim Skea, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mavritaniya Prezidenti Məhəmməd
uld Şeyx əl-Qazuani, Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev, Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo, Polşa Prezidenti Andjey Duda, Tacikistan
Prezidenti Emoməli Rəhmon, İraq Prezidenti Əbdüllətif
Camal Rəşid, Qırğızıstan Prezidenti
Sadır Japarov, Konqo Prezidenti Deni Sassu Nqesso,
Belarus Prezidenti Aleksandr
Lukaşenko, Liviya Dövləti Prezident Şurasının Sədri
Məhəmməd Yunis
Əl-Mənfi, Bolqarıstan
Prezidenti Rumen Radev, Maldiv Respublikasının
Prezidenti Məhəmməd
Muizzu, Toqo Prezidenti Fore Qnassinqbe, Marşal Adaları Respublikasının
Prezidenti Hilda Heine, Kipr Respublikasının
Prezidenti Nikos Kristodulides, Slovakiya Prezidenti Peter Pelleqrini, Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska Davkova, Finlandiya Prezidenti Aleksandr Stubb, Monteneqro Prezidenti Yakov Milatoviç, Nepal Prezidenti Ramçandra Paudel, Surinam Prezidenti Çandrikapersad Santoxi, Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Denis Beçiroviç, Qana Prezidenti Nana Addo Dankua
Akufo-Addo, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Efiopiya Prezidenti Taye Atske Selassie, Sudanın Suverenlik Şurasının sədri
Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan, Moldova Prezidenti Maya Sandu, Braziliyanın Vitse-prezidenti Geraldu Alkmin, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo, Kot-d'İvuarın Vitse-prezidenti
Tiemoko Meylie Kone, Seyşel Adaları Respublikasının
vitse-prezidenti Əhməd
Afif Didi, Anqolanın Vitse-prezidenti Esperança da Kosta, Yəmənin Vitse-prezidenti Abdulla Al-Alimi, Malavinin Vitse-prezidenti Mixael Bizuik Usi, Liberiyanın
Vitse-prezidenti Ceremi Kunq, Burundinin Vitse-prezidenti Prosper Bazombanza, İspaniya Hökumətinin Sədri Pedro Sançez, İordaniya Krallığının
Vəliəhdi Şahzadə
II Əl-Hüseyn bin Abdullah, Barbadosun Baş naziri Mia Amor Mottley,
Belçikanın Baş
naziri Aleksandr De Kro, Böyük Britaniyanın Baş naziri Kir Starmer,
Macarıstanın Baş
naziri Viktor Orban çıxış
ediblər.
Dövlət və
hökumət başçıları,
nümayəndə heyətlərinin
rəhbərləri çıxışlarında
təmsil etdikləri ölkə və qurumların iqlim dəyişmələrinə qarşı
mübarizə sahəsində
atdığı addımlar,
qarşıda duran hədəflərə nail
olunması ilə bağlı öhdəliklərin
icrası istiqamətində
görülən işlər
barədə məlumat
veriblər. Çıxışlarda,
həmçinin Azərbaycanın
COP29-u uğurla təşkil
etməsinə və göstərilən qonaqpərvərliyə
görə dərin minnətdarlıq ifadə
olunub.
COP29-un Liderlər Sammitinə noyabrın 13-də yekun vurulacaq.
Azərbaycan.-2024.- 13 noyabr
(№ 249).- S.11.