“İqlim maliyyəsi” mövzusunda yüksəksəviyyəli dəyirmi
masa təşkil olunub
Noyabrın 12-də Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində
təşkil olunan “İqlim maliyyəsi” mövzusunda yüksəksəviyyəli
dəyirmi masa müzakirələrində iştirak
və çıxış
edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
dəyirmi masa müzakirələrində, həmçinin
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti
Sadır Japarov və digər yüksəksəviyyəli nümayəndələr,
o cümlədən beynəlxalq
maliyyə institutlarının
nümayəndələri, investor və maliyyə mütəxəssisləri
iştirak ediblər.
Dəyirmi masa müzakirələrində Azərbaycanın
COP29 Sədrliyi adından
çıxış edən
nazir Ceyhun Bayramov COP29 Sədrliyinin prioritetləri, xüsusilə
iqlim maliyyəsi gündəliyinin transformasiyası
istiqamətində Azərbaycan
Sədrliyinin fəaliyyəti
barədə ətraflı
məlumat verib.
İqlim dəyişikliyinin
mənfi təsir və nəticələrinin
aradan qaldırılmasının
çoxtərəfli həll
yolları və inklüziv proses tələb etdiyi, dünyanın müxtəlif
bölgələrində, 2022-ci ildə Pakistanda, habelə bu yaxınlarda Karib hövzəsi, Hindistan, Banqladeş, Nigeriya, Çad, İspaniya və s. bölgələrdə
baş verən ölümcül daşqınlar
kimi fəlakətlərin
müvafiq həll yolları tapılmasını
labüd etdiyi diqqətə çatdırılıb.
İqlim dəyişikliyi
ilə əlaqəli bu kimi fəlakətlərin
nəticələrinin aradan
qaldırılması istiqamətində
Şarm əl-Şeyxdə
əldə olunan və Pakistanın G-77 sədrliyi dövrünə
təsadüf edən
İtki və Zərərə cavab verən Fondun yaradılması ilə bağlı tarixi razılaşmanın əhəmiyyəti
vurğulanıb.
COP29 sədrliyimizin təbii
fəlakətlərin başvermə
risklərini artıran,
insan həyatı və qlobal iqtisadi sabitliyi təhdid edən iqlim dəyişikliyi ilə mübarizədə
ambisiyaların yüksəldilməsi
və fəaliyyətin
artırılmasına hədəfləndiyi
qeyd olunub. Bu istiqamətdə, iqlim maliyyəsi sahəsində mövcud boşluğun aradan qaldırılaraq, inkişaf
etməkdə olan ölkələrin ehtiyaclarına
uyğun şəffaf
və əlçatan
mexanizmlərin yaradılmasının
maliyyə resurslarının
cəlbi qədər vacib olduğu qeyd olunub.
“Yaşıl dünya naminə həmrəylik” çağırışı ilə Bakıda keçirilən COP29-un iqlim maliyyəsi gündəliyinin transformasiyası baxımından vacib fürsət olduğu vurğulanıb və bu istiqamətdə COP29-un uğuruna dair ümidvarlıq ifadə olunub.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.11.