Baş
nazir Əli Əsədov Esvatininin Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda
keçirilən BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) Liderlər Sammitinin
açılış mərasimi
çərçivəsində Esvatini Krallığının
Baş naziri Rassel Dlamini ilə görüşüb.
Görüş zamanı
Azərbaycan ilə Esvatini arasında ikitərəfli və çoxtərəfli əlaqələrin
qarşılıqlı maraq
doğuran bir sıra sahələrdə
inkişaf etdirilməsi
ilə bağlı məsələlər müzakirə
olunub.