Baş nazir Əli Əsədov İraq Kürdüstan Regionunun başçısı Neçirvan
Bərzani ilə söhbət edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə söhbət edib.
Söhbət zamanı
Azərbaycan Prezidenti İlham Əliyev və Neçirvan Bərzani arasında keçirilən görüşlərin
əhəmiyyəti vurğulandı,
bunun əlaqələrin
inkişafına xidmət
etdiyi bildirildi.
Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.12.