Baş
nazir Əli Əsədov İraqın
Prezidenti Əbdüllətif
Camal Rəşid ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda
keçirilən BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) Liderlər Sammitinin
açılış mərasimi
çərçivəsində İraq Respublikasının
Prezidenti Əbdüllətif
Camal Rəşid ilə görüşüb.
Görüşdə COP29-un iqlim dəyişiklikləri
ilə mübarizənin
gücləndirilməsi baxımından
qlobal əhəmiyyəti
vurğulandı.
Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.12.