Baş
nazir Əli Əsədov Ümumdünya
Səhiyyə Təşkilatının
Baş direktoru ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda
keçirilən COP29 Liderlər
Sammitinin açılış
mərasimi çərçivəsində
Ümumdünya Səhiyyə
Təşkilatının Baş
direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.
Görüşdə COP29-un yaşıl gündəliyin
təşviqinə yönəlmiş
beynəlxalq səylərə
töhfə verəcəyinə
əminlik ifadə olundu.
Azərbaycan ilə
Ümumdünya Səhiyyə
Təşkilatı arasında
uzunmüddətli səmərəli
əməkdaşlığın aparıldığı bildirildi.
Ölkəmizdə səhiyyə sistemində aparılan ardıcıl islahatlar barədə söhbət açıldı, iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunuldu.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.12.