Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

 

 

¹ 477

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 121 (Cild I); 2024, ¹ 1, maddə 116, ¹ 4, maddə 471) ilə təsdiq edilmişElektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinin ikinci abzasında “, Təbii inhisarlar haqqındaAzərbaycan Respublikasının qanunlarınasözləriAzərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinəsözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1246 (Cild I); 2024, ¹ 1, maddə 116) ilə təsdiq edilmişDövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın 1.1-ci bəndindəTəbii inhisarlar haqqındasözləriAzərbaycan Respublikasının Rəqabət Məcəlləsininsözləri ilə, “qanunlarınınsözüQanunununsözü ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 noyabr 2024-cü il

Azərbaycan.-2024.- 13 noyabr (¹ 249).- S.12.