Azərbaycan sülh təklif edir

"Bakı platforması COP29 - BMT İqlim Dəyişiklikləri üzrə Konfransı çərçivəsində dünya siyasi liderlərini iqlim diplomatiyasının əsas simalarını bir araya gətirib. Azərbaycanın evsahibliyi etdiyi bu nüfuzlu tədbir, iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. Deputat bildirib ki, COP29 konfransının Bakıda keçirilməsi, Azərbaycanın regionda qlobal səviyyədə iqlim problemlərinin həllində aparıcı rol oynamağa hazır olduğunu göstərən Prezident İlham Əliyevin siyasi kursunun təsdiqidir. Bu diplomatik addım, Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, təmiz enerji istehsalının artırılmasına ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərinin qlobal müstəvidə təqdimatına xidmət edir. Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə həm inkişaf etməkdə olan, həm inkişaf etmiş ölkələrlə əməkdaşlığı irəlilədərək, bu sahədə əhəmiyyətli bir vasitəçiyə çevrilib. "Bu cür təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Azərbaycan tədbirdə ambisiyalı Fəaliyyət Planını təqdim edib, bu isə maliyyə, insan kapitalı sülh kimi sahələri əhatə edən 14 təşəbbüsü özündə ehtiva edir. Bakı iqlim platforması, həmçinin inkişaf etmiş inkişaf etməkdə olan ölkələrin birgə iştirakı ilə enerji keçidi, karbon emissiyalarının azaldılması ekoloji dayanıqlılığın artırılmasına dair hədəflərin müzakirəsini mümkün edib", - deyə o əlavə edib.

R.Nəbiyev qeyd edib ki, Bakı platformasında, əsasən, Yeni Maliyyə Hədəflərinin müzakirəsi aparılır. COP29-un əsas maliyyə hədəfləri inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma dayanıqlılıq qabiliyyətlərini artırmaq üçün yeni maliyyə mexanizmləri yaratmaq mövcud maliyyə dəstəyini genişləndirməkdir. Bu konfransda 2025-ci ildə müddəti bitən sənayeləşmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə illik 100 milyard dollar dəstək verməsini nəzərdə tutan əvvəlki hədəfi əvəz edəcək Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) müzakirə olunur.

Yeni maliyyə hədəfləri həm dövlət, həm özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə daha fəal iştirakını təşviq etmək məqsədini daşıyır. COP29-da Azərbaycan beynəlxalq iqlim maliyyəsinin daha geniş əsaslara keçməsi üçün bu maliyyə dəstəyinin artırılmasını iqlim layihələrinə yeni sərmayələrin qoyulmasını təşviq edəcək. Bu hədəflər, həmçinin inkişaf etmiş ölkələrin, iqtisadi gücə malik digər dövlətlərin özəl sektorun bərabər şəkildə töhfə verməsi üçün çağırışları əhatə edir.

Konfransda, həmçinin Azərbaycanın COP29 Atəşkəs Təşəbbüsünün diqqət çəkdiyini vurğulayan deputat bildirib ki, bu da bütün ölkələri konfrans müddətində sülhə çağırır qədim Olimpiya oyunları ənənəsinə bənzər bir truce (atəşkəs) ideyasını vurğulayır: "Əraziləri beynəlxalq hüquqazidd olaraq 30 il işğal altında qalan Azərbaycanın bu təşəbbüslə çıxış etməsi regionda dayanıqlı sülh sabitlikdə maraqlı olduğunu dünyaya bəyan edir. Qlobal tədbirdə iştirakla paralel olaraq, ölkəmizə səfər edən çoxsaylı dövlət hökumət başçıları, hökumət üzvləri, digər siyasi, ictimai, elm xadimləri, QHT nümayəndələri hökumətimizin fossil enerjidən əldə edilən gəlirləri ölkənin hərtərəfli dirçəlişinə insan kapitalının inkişafına yönəltməsinin şahidi olurlar. Onlar həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü, əhalisinin böyük əksəriyyəti islam dininə etiqad edən Azərbaycanda paralel olaraq dünyəvi dəyərlərin cəmiyyətdə harmoniyalı şəkildə yer tutması nümunəsi ölkənin inklüziv inkişafına xidmət etməsi ilə tanış olurlar".

R.Nəbiyev yekunda qeyd edib ki, ölkəmiz əleyhinə aparılan intensiv qarayaxma kampaniyalarına rəğmən, ümumilikdə bu nüfuzlu qlobal tədbir Azərbaycanın inkişafına dair beynəlxalq səviyyədə müsbət qiymətləndirmələrin artmasına töhfə verəcək.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.14.